Page 253 - tomas
P. 253
Çikamoqa

Meşәdә sanitarlar xәrәklәrlә ora-bura vurnuxur, hәr iki tәrәf
öz meyitlәrini axtarırdı. Onların tüstü vә alov içindә necә gedib-
gәldiklәri görünürdü, meyitlәrsә biçilmiş çovdar kimi bir-birinin
üstünә qalanmışdı; donuq sifәtlәrdә, dodaqlarda barıt qarası
vardı, – budaqların arasından solğun ay işığı düşür, bütün bunlar
da, az qala, cәhәnnәmә oxşayırdı.

Amma bizim bunluq halımız yox idi. Bütün gecәni baltaların
taqqıltısını, mişarların qıjıltısını eşidirdik; yankilәr hücumumuza
mane olmaq üçün ağacları doğrayırdılar. Bilirdik, döyüş tәzәcә
başlayıb. Üstünlüyün öz tәrәfimizdә olduğunu anlayırdıq, amma
hәlәlik heç kәsin qalib gәlmәdiyindәn xәbәrimiz vardı. Bilirdik
ki, ikinci gün birincidәn daha tәmiz olacaq.

Cim dә bunu bilirdi. Zavallı Cim hәmin gecә qәti yatmadı,
atlı-filan da görmәdi – dizlәrini qucaqlayıb, gözlәrini qaranlığa
dikib oturmuşdu, mızıldayırdı: “İlahi, İlahi, nә vaxt qurtaracaq
axı?”

Nәhayәt, sәhәr açıldı. İndi harada dayandığımızı, neylәmәli
olduğumuzu dәqiq bilirdik. Mövqelәrimiz müәyyәnlәşmişdi.
Breqq, axır ki, Rozinin harada olduğunu anladı, Rozi isә bizim
harada yerlәşdiyimizi başa düşdü. Hәr iki tәrәf sәhәrin açılmasını
gözlәyirdi. Sәhәr dumanlıydı, torpağın üzәrinә tüstü çökmüşdü.
Saat ona yaxın duman qalxmağa başlayanda әmr aldıq, yenidәn
meşәyә hücuma keçdik.

Döyüşün sağ cinahda olacağını bilirdik – daha doğrusu,
bizim üçün sağ, Rozi üçün sol cinah idi. Rozinin sol cinahında
Tomasın dayandığını da bilirdik. Hәlә onu da bilirdik ki, qranit
sıldırımı dişlә gәmirmәk qoca Toması yerindәn tәrpәtmәkdәn
asandı. Amma üzәrinә getdik – onu da deyim ki, bu, әsl döyüş
idi! Hәmin döyüşә baxanda dünәnki çarpışmalar uşaq әylәncәsiydi.

Saat on birin yarısında Tomasa sağ tәrәfdәn hücum elәdik,
Brekenric onu sol tәrәfdәn dövrәlәyib arxadan zәrbә endirdi,
hәmin mәqamda da әmәlli-başlı cavab aldıq. Tomas bir göz
qırpımında adamlarını geri döndәrdi, elә bil qırmancını şaqqıldatdı,
Brekenrici geriyә, әvvәlki yerinә atdı, amma ilk hücum heç başa
çatmamışdı ki, yenidәn onun döyüşçülәrinin sıralarına soxulduq.

253
   248   249   250   251   252   253   254   255   256   257   258