Page 256 - tomas
P. 256
as Vulf

Hә dә, Cim haqlıydı. Sәn demә, Tomas arxası tәpәyә sarı
dururmuş, biz dә ona tәzәdәn hücum elәmәk әmri aldıq. Hәmin
andan artıq nә baş verdiyini pis qavrayırdım. Elә hәrәkәt elәyirdik,
elә bil cәhәnnәmdәydik, dәhşәtli yuxudakı tәki vuruşurduq.
Ancaq deyәsәn, ölümün özü yuxumuza girmişdi. Lonqstrit hava
qaralanacan bizi beş dәfә hәmin tәpәyә hücuma apardı. Qaça-
qaça tüfәnglәrinә lap yaxınlaşdıq, onlar da bizi ot kimi biçirdilәr,
biz dә – daha doğrusu, sağ qalanlar da – sәndәlәyә-sәndәlәyә
geri çәkilir, sonra yenidәn tәpәnin әtәyindә düzülür, tәzәdәn
hücuma keçirdik. Düz tәpәnin başınacan gedib çatdıq, onları
tәpәnin o tәrәfinә sıxışdırdıq. Süngülәrlә dә döyüşürdük. Yankilәrsә
yenә üstümüzә gәlir, bir-birimizin başını qundaqla әzirdik. Sonra
onlar bizi geri oturdurdular, biz tәzәdәn düzülür, yenidәn hücuma
keçirdik.

Axırıncı döyüş qaranlıqda başladı. Biz hücum elәyir, yolboyu
meyitlәrin silahlarını götürür, yaralıların silahını әlindәn alırdıq –
özümüzün heç nәyimiz qalmamışdı. Sonra birinci müdafiә xәttinә
rast gәlib onları geri çәkilmәyә mәcbur elәdik. İkincisinә rast
gәldik – onu da silib-süpürdük. Yuxarıya, üçüncü, sonuncu
müdafiә xәttinә doğru irәlilәyirdik, – onlar üz-üzә gәlәcәyimizi
gözlәyib atәş açdılar. Elә bil üstümüzә qızğın qurğuşun axını
töküldü – dәstә qar kimi әriyirdi. Cim qәfildәn titrәyib canavar
kimi yerindә qıvrıldı. Gözlәri geniş açıldı, ağzından qan gәldi, az
qala, üstümә yıxılacaqdı. Aşağı baxdım, üzәrindәn addımlayıb
keçdim, sanki kötük idi. İndi o hüduddan başqa bir şey barәdә
düşünmәk, başqa şeyә baxmaq, başqa şeyә can atmaq olmazdı.
Yankilәrә yaxınlaşdıq, onlar atәş açdılar, bizsә sәndәlәyә-sәndәlәyә
geri çәkildik.

Amma bilirdik ki, qәlәbә çalmışıq. Bizә bunu bir qәdәr sonra
dedilәr, amma bilirdik ki, elә belәdi, çünki sәhәrә yaxın yankilәr
artıq orada yox idilәr. Hamısı şәhәrә çәkilmişdi. Biz Çikamoqanın
sahilindә, döyüş meydanında tәk qaldıq.

Öldürülәnlәrin nә qәdәr olduğunu bilmirәm. Kimin itkisinin
daha çox olduğundan xәbәrim yoxdu. Yalnız onu bilirәm ki,
ayağını torpağa vurmadan meyitlәrin üstüylә getmәk olardı.
Tәkcә onu bilirәm ki, iki gün qabaq, demәk olar, keçilmәz olan
sidr meşәliyi – meşәyә bıçaq atsan, yerә düşmәzdi – indi elә

256
   251   252   253   254   255   256   257   258   259   260   261