Page 252 - tomas
P. 252
as Vulf
әsgәrdәn nә soruşasan axı? İki gün meşәdә döyüş qaynadı, bәzәn
gözlәnilmәdәn düz yankilәrin burnunun ucuna gedib çıxırdıq.
Hәmin döyüş tarixdә әn qanlı döyüş idi, sidr meşәliyi qandan
qıpqırmızı olmuşdu, bir budaq da qalmamışdı ki, sәrçә qonsun.
Demәli, saat onda eşitdik ki, döyüş sağ cinahda gedir, hәm
dә bizә yaxınlaşır. Döyüşün necә başlandığını mәnә sonra danış-
dılar: yankilәr çaya eniblәr, Forrestin düşәrgәsinә hücum elәyib
bizimkilәri geri çәkilmәk mәcburiyyәtindә qoyublar. Ardınca
gah biz üstәlәyir, gah onlar üstün gәlirdi, hәtta yankilәri geri dә
sıxışdırdıq; bütün günü belәcә davam elәdi. Biz hücuma keçirdik,
onlar da bizi geri atırdılar, sonra onlar hücuma keçirdilәr, biz
hücumun qabağını alırdıq. Sәhәrdәn-axşamacan belәcә davam
etdi. Yankilәri sol cinahda sıxışdırdıq; onlar bizi karteçlә biçirdilәr,
otlar qandan qıpqırmızı idi, amma irәli cumurduq. Gün әrzindә
bizimkilәr on dәfә hücuma keçdilәr – mәn özüm dördündә iştirak
elәdim. Gah burada, gah orada çarpışırdıq, axşama yaxın meşәdә
ovuc içi boyda salamat yer qalmamışdı. Günortaya yaxın, saat
üçün yarısında sağ cinahı yardıq, Rozinin yerlәşdiyi Uidder
Qlennin evinin böyründәn irәli şığıdıq, onları düz Lafayet-Roud
yolunacan qovub, oranı tutduq. Sonra da yankilәr bizi oradan
vurub çıxardılar. Biz yenidәn hücum elәmәyә başladıq, hәtta
hava qaralanda da döyüş kәsilmәdi.
Yol uğrunda bütün günü çarpışdıq, hәmin yol başdan-başa
qana bulaşmayınca heç kәs üstün gәlә bilmәdi. O yolu “Qanlı
yol” adlandırdıq – çox münasib addı.
Hava qaralandan sonra bir saat, bәlkә, daha artıq çarpışmaqda
davam elәdik, amma sonra atәş kәsildi. Onu da deyim ki, hәmin
heyrәtamiz gecә ilә bağlı xatirәlәr ömrüm boyu bәs elәyәr. Bәzi
yerlәrdә meşә mәrmilәrdәn od tutmuşdu, tüstü vә alov dillәri
görünür, yaralıların qışqırıqları, iniltilәri eşidilir, o iniltilәrdәn dә
damarlarımda qanım donurdu. Bacardığımız qәdәr götürdük,
amma bәzilәrini hәtta axtarıb tapmağa da cәhd göstәrmәdik.
Sadәcә başını buraxdıq. Onların iniltilәrini eşitmәk dәhşәtliydi.
Mәncә, xeyli yaralı yalnız ona görә öldü, yaxud diri-diri yandı
ki, onları tapa bilmәdik.
252