Page 255 - tomas
P. 255
Çikamoqa

uğrayıb – döyüşsә hәllediciydi. Qoca Rozi dә geri dönüb Çat-
tanuqaya çapdı, artıq hәr şeydәn әlini üzmüşdü. Danışırdılar ki,
Çattanuqadakı mәnzil-qәrargahına gәlib, ona atdan düşmәkdә
kömәk elәyiblәr, sәndәlәyә-sәndәlәyә evә girib. Rozi sarsılıbmış,
elә bil nә baş verdiyini anlamırmış, – orada da lal kimi oturub,
dinib-danışa bilmәyib.

Bu, günortaüstü saat dörddә olmuşdu, sonrasa ona xәbәr
çatdı ki, Tomas döyüş meydanını tәrk elәmәyib, heç yerindәn dә
tәrpәnmәyib. Qoca Tomas qaya kimi dayanmışdı. Sağ cinahı
әzişdirib, aşırımın o tәrәfinә qovduq, yankilәr canlarını qurtarmaq
üçün Rossvillә cumdular. Sonra bizimkilәr tәzәdәn geri dönüb
Tomasa sol cinahdan hücum elәdilәr. Fikirlәşirdik ki, onu mәğlub
elәmişik, çıxıb getmәkdәn, ya da tәslim olmaqdan başqa yolu
yoxdu. Amma Tomas geri döndü, Mişneri-Ricә doğru çәkildi,
arxasını tәpәyә söykәyib yerindәn tәrpәnmәdi.

Saat üçdә, biz sağ cinahı әzişdirәndә Lonqstrit geri çәkilmәyi
әmr elәdi, yankilәr aşırımdan keçib qaçdılar. Onda qәt elәdik ki,
hәr şey bitib. Kor kimi, ayaqlarımız ilişә-ilişә geri qayıdırdıq.
Cimә sarı döndüm, onu qucaqlayıb dedim: “Cim, nә deyirdim?
Belә dә bilirdim: onları әzişdirdik, indi dә bunun sonu çatacaq!”
Mәni eşidib-eşitmәdiyini anlamadım. Cim sәndәlәyә-sәndәlәyә
yanımca gedirdi, sifәti kağız kimi ağappaq, dodaqları barıtdan
qapqaraydı, yuxudakı sayaq burnunun altında öz-özünә nәsә
mızıldayırdı. Öz mövqelәrimizә qayıtdıq, sonra bizә dincәlmәyi
tapşırdılar. Tüfәnglәrimizә söykәnib dayanmışdıq, elә bil bu
cәhәnnәmdәn sağ, yoxsa ölü qurtulduğumuzu anlaya bilmirdik.

– Vәssalam, Cim, biz qalib gәldik, hәr şey qurtardı! – mәn
dillәndim.

O, tüfәnginә söykәnib dayanmışdı. Ayaq üstdә sәndәlәyirdi,
dinib-danışmırdı, iri gözlәri alov saçır, meşәyә baxırdı.

– Eşidirsәn, Cim! – sonra qolundan dartdım. – Hәr şey bitdi,
dostum. Onları әzişdirdik, döyüş bitdi!.. Sәnә nә olub, başa
düşmürsәn?

Bu vaxt sağ tәrәfimizdәn qışqırtı eşitdim – bir-birinә ötürülәn
әmr idi, – zavallı Cim başını qaldırdıb qulaq asdı, sonra dillәndi.

– İlahi! Yenә getmәk lazımdı!

255
   250   251   252   253   254   255   256   257   258   259   260