Page 258 - tomas
P. 258
as Vulf
ŞİR SӘHӘRÇAĞI
Sevinc saçan sәhәrin parlaq tozcuqları may ayının şәfәqlәrindә
oynaşanda Ceyms yuxudan oyandı. Mәrkәzi parkın yanındakı
Şәrq Yetmişincilәri rayonunda, nәhәng evin geniş otağındakı
qoca. Qırx-әlli il qabaq, hansısa bir varlının arvadına xoş gәlmәk
üçün dәridәn-qabıqdan çıxdığı vaxtlarda dәbdә olan ağ әhәngda-
şından ucaldılmış, mәrmәrdәn üz çәkilmiş, adi fransız qәsrlәrinin
artırma damlarıyla örtülmüş binanın bayağı bәzәdilmiş iri yataq
otaqlarının birindәki balacaboy, parlaq gözlü adam. Amma indi
il – min doqquz yüz iyirmi doqquzuncu il, ay – may ayı idi, sәhәr
bәrq vururdu.
O, hamı kimi oyandı: qәfildәn, inadkarcasına. Mürgüylә
zarafat elәmәk adәti deyildi: bir halda ki yuxuyla haqq-hesabı
üzmüşdü, mürgüylә dә haqq-hesabı kәsdi. Ceyms rahatlığı, hәr
şeyin әn yaxşısını sevirdi, amma iradәsizliyә, tәnbәlliyә, miskin
qәtiyyәtsizliyә dә nifrәt elәyirdi. Hәr şeyә lazımi vaxt, yer ayırırdı –
iş üçün, idman üçün, sәyahәt üçün, zövq üçün, kübar hәyatı
üçün, yaxşı nahar üçün, yaxşı siqar üçün vә nәhayәt, yuxu üçün.
Hәmişә zamanın nә vaxt, nәdәn ötrü çatdığını bilirdi.
Çünki nәsә başa çatıbsa, demәli, başa çatıb. Bu, Ceymsin
hәyatındakı bütün faydalı, gözәl işlәr kimi, yuxuya da aid idi. O,
yuxuya vә qaranlığa olan sәkkizsaatlıq borcunu tamam-kamal
verdi, mәsәlә dә bitdi. Yuxuyla haqq-hesabı, çekә imza atırmış
kimi, üzdü: açıq, aydın, qәtiyyәtlә, qәlәminin qәti hәrәkәtiylә:
“Bunu tәqdim elәyәn Yuxuya ödәmәli
8 (sәkkiz) saat + 0 (sıfır) %
Ceyms Uaymen – böyük (imza)”
Budur, buyurun, ser! Ümidvaram, hәr şey qaydasındadı. Әla!
Ola bilәr, әlbәttә! Bәs bu nәdi belә? Yox, axmaqlıq elәmә, bәsdi,
bәsdi, heç bir mürgülü әsnәmә, heç bir rahat gәrnәşmә, o üzә, bu
üzә çevrilmә-filan, “yaxşı, beşcә dәqiqә dә” kimi mәnasız don-
qultular gәrәk deyil! “Yuxunun hörümçәk torunu silkәlәmәk”lә,
258