Page 263 - tomas
P. 263
Şir səhərçağı

Ceyms dә nıqqıldaya-nıqqıldaya qıçlarını onun içinә saldı.
Xidmәtçi aşırmaları onun çiyninә şappıldadanacan, jiletinin
düymәlәrini bağlayanacan ağzını açmadı.

– Bәs qalstuk, ser? – Xidmәtçi qayğılı halda dillәndi. –
Deyәsәn, qara qalstuku taxmayacaqsınız axı?

– Yox, – Ceyms dedi, sonra da bir anlığa tәrәddüd elәyib,
dalaşqancasına düz onun gözlәrinin içinә baxıb dillәndi. – Mәnә
açıq rәngli qalstuk verin ki, bu kostyuma uyğun gәlsin; lap açıq
rәngli bir şey verin.

– Hә, ser, – xidmәtçi sakitcә cavab verdi; sonra onların
nәzәrlәri tәzәdәn bir-birinә sataşdı – sifәtlәri ciddi, sәrt idi, amma
ikisinin dә gözlәrindә yenә o gizli, yandırıcı anlayış parıltısı
vardı.

Ceyms açıq-boz rәngli qalstukunu bağlayanda xidmәtçi nәsә
demәk üçün fürsәt tapdı:

– Gözәl sәhәrdi, elә deyilmi, ser?
– Elәdi! Düzdü! – Ceyms qәtiyyәtlә, tutqun halda onun
sözünü kәsib yenә istehzayla xidmәtçiyә baxdı. Tәzәdәn onların
gözlәrindә yandırıcı qığılcımlar görünüb yox oldu, bәzәnib-
düzәnmiş Ceyms otaqdan çıxanda xidmәtçi ağasının arxasında
dinmәzcә gülümsündü.

***

Yumşaq, addım sәslәrini boğan ayaqaltı döşәnmiş yataq
otağının qapısının açıldığı holl ağır zülmәtә bürünmüşdü; hollda
hәr şey hәrәkәtsiz idi, sükuta, yuxuya qәrq olmuş, qoz ağacının
parıltısıyla, saatın asta çıqqıltısıyla dolmuşdu.

Ceymsin nәzәrlәri arvadının yataq otağının qapısına dikildi.
Elә bil qoz ağacından düzәldilmiş iri qapının özü dә sükutun,
pozulmaz rahatlığın açıq-aydın rәmziydi. Ceyms tutqun halda
gülümsünüb dәbdәbәli mәrmәr pillәkәnlә aşağı düşdü. Pillәlәr
әzәmәtli qövslә enirdi, sanki hәlә dә onlarda yaddaşın xәyali
hәrәkәti – ipәyin, atlasın xışıltısında, qiymәtli baş bәzәklәrinin,
brilyant sinәbәndlәrin, mirvari boyunbağıların, enli qadın

263
   258   259   260   261   262   263   264   265   266   267   268