Page 264 - tomas
P. 264
as Vulf

tumanlarının, çılpaq çiyinlәrin parıltısında, bәrq vurmasında –
duyulurdu.

O, yenә әsәbilәşdiyini hiss elәyib tutqun halda gülümsündü.
Lәnәtә gәlmiş köhnә anbar! Geniş vestibüldәn aşağıdakı qәbul
zalının dәbdәbәli әzәmәti diqqәti çәkdi. Ayaqları altındakı mәrmәrә
oxşayan, sıxılıb-qabaran qırmızı rәngli xalıya, söykәnәcәklәri,
qoltuqaltıları qızıl suyuna çәkilmiş gonbul mәxmәr kreslolara
nәzәr saldı. Qızılı rәngli, bozarmış atlas üzlüyü olan eybәcәr,
hәddәn artıq narahat, düz söykәnәcәkli stulcuğazlara, qızıl suyuna
çәkilmiş çәrçivәlәrdәki azacıq tutqunlaşmış iri güzgülәrә tamaşa
elәdi. Başdan-ayağa qızıl suyuna çәkilmiş gonbul mәlәklәri olan
masaüstü fransız saatlarına, hәddәn artıq eybәcәr kiçik masalara,
kiçik şkaflara, içәrisindә bir yığın cır-cındır, çini heykәlciklәr,
vazalar olan şüşә mücrülәrә baxdı.

– Zir-zibildi!
Bu, qadınlara mәhz qırx il qabaq gәrәk idi – hәr halda,
fikirlәşirdilәr ki, arvadına lazımdır. Budur, arvadını bununla da
tәmin elәdi! Özü isә bu şeylәrә elә o vaxt da nifrәt bәslәyirdi.
Bәzәn deyirdi ki, bu lәnәtә gәlmiş evdә yeganә rahat yer vanna
otağıdı, oturmaq üçün yeganә oturacaq isә ayaqyolundadır. Ötәn
il qadınlar orada da hәr şeyi dәyişdirmәk istәyirdilәr, amma
Ceyms imkan vermәdi.
Mәgәr bu, evdi?! Bu ki bir vaxtlar “kübar cәmiyyәt” adlandırılan
toplumun cәnazә qalıqlarını saxlamaq üçün soyuq mәqbәrәyә
oxşayan bir yerdi, әslindә. Qırx il qabaq, hәlә hәr yerdә hәr kәsin
eybәcәr bayağılıqda, iddialı dәbdәbәdә, zorakı israfçılıqda,
xәrclәrin tәkәbbürlü qudurğanlığında qonşusunu ötüb-keçmәyә
can atdığı vaxtda elә bu mәqsәdlә dә tikilmişdi.
Ev Ceymsә iki yüz әlli min dollara başa gәlmişdi, amma indi
onu yüz min dollara sata bilәcәyi dә şübhәliydi. Hәlә bu lәnәtә
gәlmiş sarayı qızdırmaq da bir problemdi. İndi nә olacaq? Sonra –
gәlәcәkdә nә olacaq? Bununla belә, ev ondan çox yaşayacaq.
Perrotlar hәmişә Uaymenlәrdәn çox yaşayıblar. Sonra nә olacaq?
Buna cavab tapmaq üçün hәtta ölmәk, cәnnәtә getmәk dә lazım
gәlmirdi! Әvvәlcә arvadı hәr şeyi öz istәdiyi kimi dәyişmәyә

264
   259   260   261   262   263   264   265   266   267   268   269