Page 261 - tomas
P. 261
Şir səhərçağı

cingiltiylә qoz ağacından düzәldilmiş iri qapının dәstәyi buruldu,
xidmәtçi içәri girdi:

– Sabahınız xeyir, – asta sәslә dillәndi.
– Xeyir olsun, xeyir olsun, – Ceyms xırıltılı sәslә donquldandı,
artıq söz söylәmәdәn vanna otağına getdi, dәrhal da unitazdakı
suyu ucadan şırıldatmağa başladı. Sonra әllәrini köhnә, cızıq-
cızıq olmuş mәrmәr әlüzyuyanda yudu, suyu sıçradan kranı
axıracan açdı, köhnәdәbli, fil dişinә oxşadılmış sarımtıl vanna
dolanacan başını әyә-әyә, ovuclarıyla çәnәsindәki, tikanlı mәftil
kimi iti, boz tüklәri fikirli halda sığallaya-sığallaya güzgüdә
özünә tamaşa elәdi. Üzünü qırxmaq üçün köhnә ülgücünü
qәtiyyәtlә düzәltdi, tәhlükәli iti tiyәni razılıq hissiylә yoxladı,
gecә köynәyini başından siyirib çıxardı, vannaya girdi, çox
ehtiyatla, mәmnun halda nıqqıldaya-nıqqıldaya suya daldı.
Onun vanna qәbul elәyib qurulanmağı dörd dәqiqә çәkdi,
üzünü sabunlamağı, ülgücü ehtiyatla üzünә vurub, boz dәrili sәrt
sifәtini cilalanmış ağac kimi şümal elәmәyi dә altı dәqiqә sürmәdi.
Köhnә ülgücünü suya çәkib üzqırxma lәvazimatını yerinә qoyanda
saat doqquza on dәqiqә işlәmişdi.
Әynindә xalat yataq otağına qayıdanda xidmәtçi artıq onun
paltarını hazırlamışdı. Yazı masasına oxşayan, qoz ağacından
düzәldilmiş qәdim dolabın siyirmәsindәn corab, tәzә alt paltarı,
tәmiz köynәk, taxma düymәlәr, yaxalıq çıxardı. Qoz ağacından
düzәldilmiş iri qarderobdan tünd parçadan tikilmiş kostyum,
qara qalstuk vә bir cüt çәkmә götürdü. Mebelә gәlәndәsә, Ceyms
öz otağında “heç bir moderni-filanı” xoşlamazdı. Bu da o demәk
idi ki, nә yaxın illәrdә kök salmış moderni, nә sevgiylә dirildilәn
kolonial üslubu heç vaxt yaxın buraxmayacaq. Onun yataq
otağının müxәllәfatı atasının yataq otağından buraya çoxdan
gәtirilmiş ağır, viktorian üslubunda olan әşyalardan ibarәt idi.
Qorxunc dәrәcәdә böyük, yazı masasına oxşayan köhnә dolabın
naxışlı, bәzәkli taxta çәrçivәsindә uzunsov güzgü vardı. Eyni za-
manda onun cızıq-cızıq olmuş boz damarlı çökәyi mәrmәr plitәylә
sandıq formasında düzәldilmişdi – iki kiçik siyirmәnin arasında
yerlәşirdi. (Allah bilir, o siyirmәlәr hansı zәrurәt üzündәn

261
   256   257   258   259   260   261   262   263   264   265   266