Page 265 - tomas
P. 265
Şir səhərçağı
çalışır; sonrasa ona çatacaq! Hәr şeyә o, sәrәncam vermәyә
başlayacaq! Bir-iki dәfә qonaq çağıracaq, keçmişdәki kimi, gen-
bol ziyafәt vermәyә çalışacaq, bu başlıqları, boyunbağıları taxmaq
istәyәcәk vә görәcәk ki, başlıq taxmaq artıq әbәdiyyәtә qovuşub!
Nazik boyunları, sümüklü әllәri olan, qotur daş-qaş taxmış,
oynaqları cırıldayan, danışanda fısıltı salan süni dişli bir neçә
qoca qanmazı tovlayıb yanına çәkәcәk vә bütün bunları da
tәşәxxüslü missis Astorun xәyalını diriltmәk üçün elәyәcәk! Bura
nәnәlәrinin rәddedilmәz hökmüylә gәlmiş, yeganә işıqlı arzuları
münasib bәhanәylә bu ölüxanadan musiqinin qanadlandığı, sәs-
küyün olduğu, adamların rәqs elәdiklәri, içki içdiklәri yerә qaç-
maq olan cavan cütlüklәri tovlayıb öz yanına çәkәcәk. Bax elә
bu zaman anlayacaq!
Hәtta tutqun mәmnunluqla xәyalında canlandırdı ki, guya
arvadı hesabı görәn kimi pul xәrclәmәk lazım gәldiyini, pulunsa
ağacda bitmәdiyini, bitirsә dә, hәmin ağacın indi arvadın özünә –
Perrotlara mәxsus olduğunu anlayaraq çıxardığı xәstәhal qışqırtı
qulaqlarında sәslәnir.
Tamam başqa mәsәlәdi, elә deyilmi? Axı istehzalı yaddaşı
ona dәrhal xatırladırdı ki, Perrotlar mәhz mәsәlә onların nәsil
ağacına – istәr genealoji ağac olsun, istәrsә dә pul ağacı, fәrqi
yoxdu – toxunanda sifәtlәrini bürüyәn mәlum mehribanlıqla
mәşhur idilәr. Qayınatası – tәkәbbürlü qoca sarsaq! – hәyatının
son iyirmi ilini yeganә kitabını yazmağa sәrf elәdi. Hәm dә necә
kitab! “Perrotlar ailәsinin vә Yeni İngiltәrә әnәnәlәrinin tarixi”.
Böyük Allah, indiyәcәn bu cür iddialı hәtәrәn-pәtәrәnә harada,
nә vaxt rast gәlinib?! Üstәlik, Ceyms nәşriyyatdakı tanışlarının
birindәn bu lәnәtә gәlmiş cızma-qaranın çapını xahiş elәmәli
oldu. Çünki ya klub yoldaşlarının kinayәlәrinә, tikanlı sözlәrinә,
cürbәcür atmacalarına dözmәli, ya da Perrotların ah-zarını eşit-
mәliydi. O deyәsәn, daha asan yol seçdi. Düşündü ki, bir anlıq
kinayәyә tab gәtirmәk, hәr halda, uzun-uzadı işgәncәlәrә dözmәkdәn
daha yaxşıdı; mәnasız kitabcığaz tezliklә unudulacaq, arvadı
susdurmaqsa çәtin mәsәlәdi.
265