Page 270 - tomas
P. 270
as Vulf

vaxtlar hәyәcan vә çaşqınlıq içindәn güclü inamın boy göstәrdiyi
yerdә indi istehzayla gülümsәyir, iradәsiz dodaqlarını aciz
kinayәylә, eybәcәrcәsinә әyirlәr. Süqut elәmiş, rüsvay olmuş
adamlar öz әqidәsizliklәrini, satqınlıqlarını yaramazcasına әlә
salırlar. Döyüş üçün yaramayan piy basmış ürәklәr, hәqiqәtdәn
uzaq olan dumanlanmış beyinlәr, bulanmış gözlәrdә iyrәnc rişxәnd
örtüyü... Budur, masqaraçı çoxdillilik tәrpәşdi, amma bircә damcı
zәif zәhәr buraxdı: “Yaxşı, bәs siz nә tәklif elәyirsiniz?” Yenә dә
hәrәkәtsizlik, öz rüsvayçılığını, qorxaqlığını müdafiә elәmәk
üçün әxlaqsız yekdillik! Hamı vәcd dolu alçaqlıqla öz xәyanәtkarları
qabağında dizi üstdә sürünür, bütün bellәr öz bәdheybәtlәri qarşı-
sında abırsız sәcdәylә әyilir. Allahlara acgözlüklә, lәyaqәtsizliklә
yaltaqlıq elәyirlәr, alınlarına onun lәnәti silinmәz möhürlә
vurulduğu halda, boyaqçının qanlı әlinә doğru әyilmәyә
meyillәnirlәr1. Budur, bax, itirilmiş Amerika kökündәn quruyub.
İndi artıq hәr şey – inam, gәnclik, sәhәr, sevgi – yox olub. Nә
nәğmәlәr, nә böyük arzular var: hәr şey tüstünün xәyali burumları
kimi yoxa çıxıb – nәticәdә qalan bax budur!

Bu, nәticәdi, amma sәbәb dә var axı! Müәyyәn bir mәqamda
özünü satmadımı? Amma nә vaxt? Nә vaxt? Nә zaman? O saat, o
an, o böhranlı dönüş nöqtәsi haradadı, haradadı?

Mәgәr o özü – hәmin gәnc, cәsur, güclü, Amerika ideallarına
sadiq Ceyms Uaymen indi әlli il qabaqkı kimi deyildimi? O
dağları, düzәngah otlaqlarını, çayları görmüş, muzdlu fermerin
gözlәrindәki dinc maviliyә baxmış, hәmin qaranlıqda danışanların
sәslәrini eşitmәyә, torpağı, әşyaların formasını dәrk elәmәyә,
arzuların arzudan başqa bir şey olmadığını anlamağa, böyük
ümidin adi ümiddәn üstünlüyünü başa düşmәyә qabil adam o cür
deyildimi? Mәgәr bir vaxtlar bu ölkәdә hәr şeyi görәn, eşidәn,
bilәn Ceyms Uaymen yolun harasındasa özünә xәyanәt
elәmәmişdimi? Başqalarından lazım olanı alıb, başqalarının
dediklәrinә inanıb, başqalarının tәklif elәdiklәri ilә razılaşıb,

1U.Şekspirin III sonetindәn alınmış ifadә: “…Boyaqçı sәnәtini gizlәdә
bilmәz. Lәnәtә gәlmiş mәşğuliyyәt mәnә belәcә silinmәz möhürlә vu-
ruldu. Ah, mәnә lәnәtimi yumaqda kömәk elә” (Sәrbәst tәrcümә)

270
   265   266   267   268   269   270   271   272   273   274   275