Page 272 - tomas
P. 272
as Vulf
tutmayan dәbdәbәli kübar ziyafәtlәrin xatirәsinә ucaldılmış
nәhәng, laqeyd, әzәmәtli, ölgün heykәl idi. Nәticәdәsә bu ev öz
mәnasızlığı üzündәn tәkәbbürlü, dәbdәbәli baş bәzәklәri vә
boyunbağı ovqatının sığınacağına çevrildi. Enli mәrmәr pillәlәr,
iri qövs cızan pillәkәn, mәrmәr vestibül, böyük zal – bütün
bunlar süst, kәdәrli boşluqla, kifli üfunәtlә dolmuşdu. Parçaların,
ipәklәrin xışıltısı kәsilәn kimi, çilçıraqların parıltısı sönәn kimi
nәzakәtli boğuq sәslәr, gümüşü gülüşlәr susdu. Nә qәdәhlәrdәki
köpüklü şampan, nә baş bәzәklәri, nә mirvarilәr, nә nişastalanmış
köynәklәr, nә ziyafәtdәkilәrin açıq kürәklәrinin, çiyinlәrinin
parıltısı qaldı. Ev boşalıb kimsәsizlәşdi.
Tәәssüratların tamlığı üçün yalnız bayram keçirmәyә yardım
göstәrәn şirkәtin göndәrdiyi kömәkçilәr – sarsaq kamzollar1
geyinmiş iyirmi, yaxud otuz balacaboy xidmәtçi (Ziyafәtdәn
sonra qalan tullantını: şampan şüşәlәrini, mәzәlәrin dәmir
qutularını, siqaret kötüklәrini, bir dә ki, ola bilsin, külә batmış
xalçanı, çilçıraqlardan asılmış rәngli kağız spiralları – köhnә
şәnliyin cır-cındırını yığışdırmaq üçün ora-bura dürtülәn dәstә)
çatışmır.
Ceyms ötәri köks ötürdü, sonra kәskin tәrzdә geri dönüb
dәhlizlә yemәk otağına yönәldi.
***
Yemәk otağı dәbdәbәli, әzәmәtli, hәm dә soyuq idi, ilahi, elә
soyuq idi, elә bil daş sәrdabәnin içindә yemәk yeyirsәn. Bu
otağın pәncәrәlәri günbatan tәrәfә açılırdı, sәhәr günәşi hәlә
bura düşmәmişdi. İri masa tünd rәngli ağacdan tutqun lövhәydi.
Tabut kimi әzәmәtli, iri bufetin içindә ağır gümüş qab-qacaq
vardı. Gen masanın bir başında hündür söykәnәcәkli iri stul –
zülmәtin tutqun oyma tәcәssümü, onun qarşısında iri boşqab,
ağır bıçaq, çәngәl-qaşıq, gümüşü qәhvәdanın yaraşıqlı zәrifliyi,
1Kamzol – keçmişdә qısaqol, gödәk kişi geyimi
272