Page 267 - tomas
P. 267
Şir səhərçağı

…daha nә? Ah, hә, әlbәttә ki, ilk növbәdә, hansısa nәzakәtli-
müdrik oğrular onun qulaqlarını, gözlәrini, yaddaşını Podlizanın
şişman fiquru hüdudlarındakı iyrәnc mövcudluqdan tamam-kamal
qurtarsaydılar, yaxşı olardı…

– Gәlirәm, – Ceyms kәsik-kәsik dillәndi.
– Çox minnәtdaram, ser, – Podliza cansıxıcı yaltaqlıqla cavab
verdi.
Sonra eşikağası әzәmәtlә geri dönüb dәhlizlә getdi. Qadın
yançaqlarını yırğalaya-yırğalaya, iri, әtli sağrısını o tәrәf-bu tәrә-
fә yellәyә-yellәyә, şişkin baldırlarını titrәdә-titrәdә tәkәbbürlә,
yayğın halda addımlayırdı; yağlı yanaqları, naz-qәmzәli gözәllik
ifadәsiylә yumulmuş әtli dodaqları olan gonbul bir qarı kimi
gedirdi…
…hә, doğrudan da, bu Podlizanı mümkün qәdәr uzağa rәdd
elәmәk lazımdı! Onu genişürәkli, hәr şeyi qәbul elәyәn quldurlara
sırımaq sevindirici olardı! Qoca Podliza – bu gonbul dişi suiti
hәyatından yox olsaydı, Ceyms özünü çox sәrbәst hiss elәyәr,
heç olmasa, bir dәqiqәliyә evindә özüylә tәk qala bilәrdi –
kiminsә “çox minnәtdaram, ser” sözlәrini eşitmәdәn. Heç olmasa,
bir anlığa “icazәnizlә, sizi narahat elәyim, ser” sözlәri olmadan
dincәlә, arxayınlaşa bilәydi. Qoca Podlizanın iyrәnc-rütubәtli
nәfәsini boynunun ardında hiss elәmәdәn masa arxasındakı әzәli
yerindә sәrbәst otura bilәydi. Nәzakәt qaydalarının incәliklәrinә
varmadan, narazılıqla sorğu-sual elәyәn o balıqsayağı gözlәrә
baxmadan, arasıkәsilmәz “icazәnizlә, sizә kömәk elәyim, ser”lәrdәn
hiddәtlәnmәdәn öz zövqüylә, öz iştahasıyla yeyә bilәydi.
Ceyms – ağdәrili, azad, hәddi-büluğa çatmış (hәr halda,
yetmiş dörd yaşı var – tamhüquqlu Amerika vәtәndaşıdı, Allah
şahiddi!) adam – istәdiyi yerdә gәzә, harada gәldi otura, nә istәsә
yeyә, ümumiyyәtlә, kefi istәyәn, azad insana qadağan olunmayan
hәr şeyi elәyә bilsәydi, yaxşı olardı! Şәxsi hәyatının hәtta mәhrәm
mәqamları bu axmağın daimi nәzarәtindә olmasaydı, lap yaxşı
olardı! O yorulub, xәstәdi – bunu bilir. Qaşqabaqlı, şıltaq olur –
bunu da başa düşür. Amma – ey böyük Allah! – qoca adamdı axı:
doğrudanmı onu rahat buraxmaq olmaz?! Hәr şeyi görüb, hәr

267
   262   263   264   265   266   267   268   269   270   271   272