Page 269 - tomas
P. 269
Şir səhərçağı

halda böyük zalın rәngi solmuş dәbdәbәsi üzәrindә sürüşdü)
hәyatı gör hara gәlib çıxdı! Bәs sәbәbi nәdi? Nәdi? Nәdi?

Nәdi, mәgәr hәr şey boşa getdi? Yox, әşi! Zәhmәti ağır idi,
amma onun meyvәlәri dә böyükdü. Dostluğu sәdaqәtli, könül
bağlılığı hәqiqiydi: krallar, prezidentlәr Ceymsә etibar elәyir,
minnәtdarlıq bildirirdilәr. O, dövlәt xadimlәrinin, qәlәm adamlarının,
iri sәnayeçilәrin, elә özü kimi aparıcı bankirlәrin, maliyyәçilәrin
hörmәtini qazanmışdı.

Kimsәnin qabağında şәrәfsizliyә qәdәr alçalmamışdı; çoxlarının
qarşısında sazişinin – mәrhәmәtli, sәxavәtli, üzüyola, genişürәkli –
şәrәfini qorumaq xәtrinә geri addım atırdı. Hamı ona qarşı
çıxanda rәhmsizcәsinә döyüşür, qәlәbә çalanda isә rәhmdil olurdu.
Çarpışmada düşünüb-daşınmadan vurur, amma heç vaxt başqasının
mәğlubiyyәtini öz qәlәbәsi saymırdı.

Yox-yox, günah sәhifәsi tәmiz idi, aynası tutqunlaşmamışdı,
amma hәr halda, hәr şeyin nәticәsi bax buydu – yaşlı arvadı olan
ahıl kişi öz evinin qocalmış mәzarında tәk idi.

Ceyms düşüncәli halda sәhәrin qızılı rәnginin solğunlaşmasına
baxırdı. Hәr şey hara yox oldu – ehtiras haradadı, od-alov hara-
dadı, gәnc qәlbin sevinc dolu nәğmәsi haradadı? Sәcdә elәdiyi,
inandığı, әlli il qabaq әsә-әsә ümid bәslәdiyi o şeylәr haradadı?
Bütün bunlar – güc, inam, müdriklik, möhkәm cansağlığı, itirilmiş
Amerikasının mәlum ruhu haradadı? Doğrudanmı, bunlar yalnız
mürgülü arzular idi? Amma yox, arzu deyildi: axı “o, gözlәrini
yuxulamağa, göz qapaqlarını yumulmağa qoymadı”. Arzu idisә,
onda әsrlәr boyu adamlar mәhz bu cür arzular – görmәk,
arzulamaq, çatmaq – xәtrinә yaşayıblar. Bәs indi bütün bunlar
haradadı?

Tüstünün xәyali burumları kimi dağılıb getdilәr, hәmin ölmәz
arzuları gözqamaşdırıcı reallığın süqutu uddu. Әtrafındakı nәhәng
dünyaydı, qәfildәn yalnız mәqsәdsiz qüvvәlәr qalığı doğuran
tutqun qarma-qarışıqlıq baş verdi, tutqunlaşma yer üzünә yayıldı.
Yüzlәrlә lәhcәnin ağısı hayqırtılarla göyә qalxır, amma bir-birinә
oxşamırlar, bir-birindәn öyüd-nәsihәt qәbul elәmirlәr; orada qa-
nunsuzluq şöhrәtә mindirilir, burada zülm taxta çıxarılır. Bir

269
   264   265   266   267   268   269   270   271   272   273   274