Page 273 - tomas
P. 273
Şir səhərçağı

fincanların, nimçәlәrin incәliyi (soyumasın deyә qalın gümüş
qapağın qübbәsiylә örtülmüş daha bir boşqab, bir qәdәh naringi
şirәsi, qalın salfetlәr), ağlasığmaz tәmizliyi, bәyazlığı görünür.

Ceyms masanın nәhәngliyi qarşısında – stulda mәskәn salıb
tәklif olunan yemәklәri saf-çürük elәmәyә başladı. Әvvәlcә
naringi şirәsiylә dolu qәdәhә baxdı, dodaqlarına apardı, bütün
bәdәniylә dartınıb yerinә qoydu. Sonra qorxa-qorxa ağır gümüş
qapağı qaldırıb altına nәzәr saldı: dәrin qabın ağ rәngli dibindә
qızardılmış qara çörәyin üç napnazik dilimi qәnaәt rәmzi kimi
dururdu. Ceyms barmaqlarını araladı, qapaq göy gurultusuna
oxşar tappıltıyla düşdü. Podliza göründü. Ceyms fincana
qәhvәdandan qәhvәyi maye töküb ağzına apardı; dodaqları
yüngülcә әsdi.

– Bu nәdi belә? – o soruşdu.
– Qәhvәdi, ser, – Podliza cavab verdi.
– Qәhvәdi?
– Bu, tәzә qәhvәdi, – Podliza pıçıldadı, – içindә kofein yox-
du.
Ceyms dillәnmәdi, amma soyuq mavi gözlәrindә şimşәklәr
çaxdı, qapaqla örtülmüş qaba tәrәf başı ilә işarә elәyib hәvәssiz
halda soruşdu:
– Bәs bu?
– Sizin qızardılmış çörәk dilimlәrinizdi, ser, – Podliza
pıçıldadı.
– Mәnim nәyim? – Ceyms soyuq tәrzdә xәbәr aldı.
– Qızardılmış çörәk dilimlәriniz, Podliza pıçıldadı, – sizin
yağsız qızardılmış çörәk tikәlәriniz, ser.
– Yox e, – Ceyms sәrt halda dillәndi, – siz sәhv elәyirsiniz,
bunlar, bәlkә dә, qızardılmış çörәk dilimlәridi, amma mәnim
deyil – ömrümdә mәnә quru qabıq yedizdirmәyi xahiş elәmәmi-
şәm!.. Bәs orada nә var? – o, qadına özünә gәlmәyә macal ver-
mәyib, başını naringi şirәsiylә dolu stәkana doğru uzadaraq, ye-
nidәn sözә başladı.
– Sizin meyvә şirәniz, ser, – Podliza güclә nәfәs ala-ala
dillәndi.

273
   268   269   270   271   272   273   274   275   276   277   278