Page 276 - tomas
P. 276
as Vulf

Çox mudrik Ceyms adının belә bir qalmaqala qatıldığını
görüb astadan öz-özünә söydü. Mәhәllә idarәsi hәmkarlarının
siyahısına gözucu nәzәr salıb, acgözlüklә ardını oxumağa başladı:

“Mister Parsonsu ötәn axşam yaşadığı universitet klubu
yanındakı mәnzildә tapmadıq. Klub administrasiyası nümayәn-
dәlәrinin sözlәrinә görә, o, bu mәnzildә son vaxtlara qәdәr kira-
yәdә qalırdı, üç gün әvvәl ünvan qoymadan çıxıb gedib. Missis
Devisin qaldırdığı işi xatırladanda, rәylәri soruşulan klub üzvlәri
tәәccüblәrini ifadә elәdilәr. Onlar tәsdiqlәyirlәr ki, tәmkinli vә
ciddi adam olan mister Parsons subay idi, sözügedәn artist
qadınla onun әlaqәlәri barәdә heç nә bilmirlәr.

Miss Devis Riversayd-Drayvdakı mәnzilindә müxbirimizin
suallarını mәmnuniyyәtlә cavablandırdı. Yetkin, gözәl, sarışın
qadın mәlumat verdi ki, әvvәllәr “Ziqfeldin varyetesi”nin
iştirakçılarından biri, sonralarsa musiqili komediya artisti olub.
O deyir ki, ahıl mister Parsonsla iki il qabaq, bazar günü At-
lantik-Sitiyә gedәndә tanış olublar. Qadının iddiasına görә,
münasibәtlәri sürәtlә irәlilәyib vә Mister Parsons bir il әvvәl
ona evlәnmәk tәklif elәyib, amma yeni ilә qәdәr tәxirә salmağı
xahiş edib, sәbәb kimi mәşğulluğunu, maliyyә çәtinliklәrini, hәm
dә ailә üzvlәrindәn birinin xәstәliyini göstәrib. Gözәl dul qadın
guya bunu qәbul elәyib, Parsonsun çılğın cәhdlәrinә güzәştә
gedib, nikahacan müvәqqәti yaxınlığa razı olub. O, iddia edir ki,
ötәn oktyabrın lap әvvәlindәn onlar Riversayd-Drayvdakı mәnzildә
birgә yaşayıblar, qonşu mәnzillәrin sakinlәri onları “mister vә
missis Parsons” kimi tanıyıblar.

Xanım Devisin dediyinә görә, evlәnmәk vaxtı yaxınlaşanda
mister Parsons şәxsi problemlәrinin artdığını sәbәb gәtirib Pasxa
bayramınacan bir az da möhlәt istәyib. Qadın hәlә dә Parsonsun
niyyәtinin ciddiliyinә şübhә elәmәdiyindәn yenә razılaşıb. Amma
martın әvvәllәrindә mister Parsons mәnzildәn çıxıb, deyib ki, bir
iş üçün Bostona çağırırlar, bir neçә gündәn sonra qayıdacaq.
Xanım Devisin sözlәrinә görә, hәmin vaxtdan sonra onu görmәyib,
әlaqә yaratmaq cәhdlәri dә uğursuzluqla nәticәlәnib, nәhayәt,
çoxsaylı mәktublarına cavab olaraq mister Parsons üç hәftә

276
   271   272   273   274   275   276   277   278   279   280   281