Page 279 - tomas
P. 279
Şir səhərçağı

– “Mәn Villini çox sevirdim…”
– Şeytanlığa bax!
– “Villi mәni öz sevgisiylә vәcdә gәtirirdi, çox diqqәtli,
mehriban, romantik idi…”
– Ay sәni, şirindil yaramaz, ikiüzlü alçaq!..
– “Mister Parsons dinә aid kitabların müәllifi kimi çox
mәşhur idi…”
Ceyms hiddәtlә yulaf yarmasına girişib qabdakını uddu:
– Dinә aid! Bah!
– “Kilsә mәktәbinin… direktoru… dәbdәbәli yepiskopal
müqәddәs Baltazar kilsәsinin nәzdindәki… mәhәllә idarәsindә
var… Mister Ceyms Uaymen-böyük…”
Ceyms inildәdi, iyrәnc qәzeti qapıb qatladı, masanın üstünә
elә atdı ki, mәqalә görünmәsin. İçindә mal әti olan qayğanaq
özünü yetirdi, qәzәblә qayğanağa girişdi: arabir incik pıqqıltıyla
kәsilәn ciddi sükut içindә yeyirdi. Masanın arxasından qalxanda
da özünü yığışdırmışdı, parlaq-mavi gözlәri yenә dağ buzu kimi
soyuq, sәrt idi, ağzının kәnarlarında әriyәn, güclә sezilәn tutqun
istehzasa әvvәlkindәn daha tikanlı, daha acı, daha mәrhәmәtsiz
oldu.
Qәzetә nәzәr salıb sәbirsizliklә “hm” elәyәrәk qapıya doğru
getdi, addımlarını yavaşıtdı, әtrafa göz gәzdirdi, pıqqıldaya-
pıqqıldaya geri qayıtdı, qәzeti götürdü, incik halda cibinә soxub
geniş vestibülә çıxdı. Bayır qapının ağzında kotelokunu götürdü,
bir qәdәr başdansovdu, azacıq yanakı halda bәrk-bәrk başına
basdı, pillәlәrlә aşağı endi, hәddәn artıq iri qapını açıb küçәyә
çıxdı, sürәtlә addımladı, sonra sola döndü vә budur, artıq Beşinci
avenyudadı.
Bir tәrәfdә park, ağacların tәzә yaşıllığı var; küçәdә hәrәkәt
get-gedә canlanır, yanından ötüb-keçәn nәqliyyatın axını get-
gedә daha da sıxlaşır; camaat dәstә-dәstә tәlәsir; irәlidәsә
gözqamaşdırıcı isti parıltı, coşqun şәhәr, sıldırım ardınca sıldırım,
bir dә hündür qüllәlәrdә bәrq vuran sәhәr var. Budur, baxışlarında
buz kimi soyuq atәş çağlayan, şıq geyinmiş ahıl cәnab küçәlәrin

279
   274   275   276   277   278   279   280   281   282   283   284