Page 282 - tomas
P. 282
as Vulf
tәrpәdir, amma öz tәnhalığımızın keçilmәz divarları arxasında
buxovlanmış halda әziyyәt çәkirik.
Nәhәng olmaq – haqqında qәdim әfsanәlәrdә danışılan, boyu
bir mil olan әfsanәvi varlıqlardan biri olmaq başqa mәsәlәdi. Axı
nәhәng mәxluq öz alәmindә yaşayır, başqa alәmә ehtiyac duymur,
heç yerә dә can atmır: bircә hәmlәyә dağın üzәrindәn keçir,
susayıb çayı bir qurtuma içir, gün әrzindә qitәnin yarısını dolaşır,
sonrasa axşam nәhәng yoldaşlarıyla yemәyә qayıdır. Qayalı yayla
nәhәngin masası, dağların әtәklәrindәki tәpәlәr stulları, bütöv
qızardılmış öküz cәmdәyisә ziyafәtdәn qabaqkı çәrәzi olur.
Cırtdanlar alәmindә div – altıdüymlük adamlar arasında boyu
iki milә çatan varlıq olmaq da başqa mәsәlәdi. Axı hiylәgәrlik
nәticәsindә çıxarılmış yeganә gözü kor olanda nәhәng, dağ silsi-
lәlәrini mәcbur elәyir ki, onun tәhqir dolu nәriltilәrini tәkrarlasınlar:
div ağrıdan qәzәblәnib bütöv bir meşәni böyrü üstә yıxır, ağlını
itirmiş halda palıd ağacının gövdәsini yellәdir, ontonluq buzlaq
daşlarını, qranit qaya parçalarını dәhşәtә gәlmiş adamların çürük
gәmiciklәrinin arxasınca atır.
O, sәhәr yad ölkә dәnizinin sahilindә oynayır – gәmi parçalanıb,
yoldaşları batıb, divin özünüsә hamı unudub. Xırda mәxluqlar
dәstә-dәstә cisminә hücum elәyir, sifәtinә xırda oxlar atır, nәhәngi
saysız-hesabsız nazik, hörümçәk toruna oxşar kәndir hörüklәriylә
bağlayırlar.
Cırtdan olmaq da – әgәr cırtdanlar alәmindәdisә – başqa
mәsәlәdi. Axı orada, hamının boyu altı düym olan yerdә dә sәnin
böyüklüyünü yalnız başqalarıyla müqayisәdә görәcәklәr. Elә yer
üzündәcә qızçiçәyi talalarının basdığı tropik cәngәlliklәri cәsarәtlә
fәth elәmәyә çalışa-çalışa öz kefinә yaşayırsan – nә pәrisәn, nә
cırtdansan. Bununla yanaşı, әnginliklәrdә quşlar qanad çalır, iri,
vızıltılı milçәklәr dә, uğuldayan eşşәkarıları da, kәpәnәklәr dә
mütәrәddid halda uça-uça naxışlı qanadlarının mәxmәri yelkәnlәrini
başın üzәrindә açırlar. Fikirlәşirsәn ki, boyda, gücdә, nәhәnglikdә
sәninlә müqayisә oluna bilәcәk adamlar hәlә dünyaya gәlmәyiblәr.
Bu altıdüymlük alәmdә qarğıdalı da, taxıl da var, hәr ikisi dә
yaxşıdı, ancaq yaz otları daha çox boy atırlar. Sәn şam pöhrәlәrindәn
282