Page 287 - tomas
P. 287
Qulliver

caq, özünә qaytarıb, bir daha heç yerә buraxmayacaq. Nәhayәt,
Ernest Renanın1 acı sözlәrinin gerçәyi ona çatmır: sonsuzluq
haqqında tәsәvvür yarada bilәcәk yeganә şey insan sәfehliyinin
ölçülәridi. Uca boyuna görә küçәdә gündә on dәfә qarşılaşdığı
әlәsalmalar, kinayәlәr, tәlxәk hәrәkәtlәri, suallar, bitib-tükәnmәyәn
söhbәtlәr – bütün adamların faciәvi oxşarlığı, uydurmalarının
kasadlığı, hazırcavablıqlarının ümidsiz eyniyyәti haqqında şәhadәt
verәn nәhәng dәlil-sübut yığını – onunçün böyük әhәmiyyәt
kәsb elәyir.

Әn azı, hәr bir ayrıca götürülmüş nәhәng üçün o dәlil-
sübutlar hәmişә eynidi, heç zaman dәyişmir. Gündәn-günә, ay-
dan-aya qonşuluqdakı qәlәbәlik küçәlәrdә necә adәt halını
almışdısa, ildәn-ilә yüzlәrlә şәhәrdә, onlarla ölkәdә, hәr yerdә,
dünyanın bütün guşәlәrindә elә hәmişә eyni şey – elә hey sәfeh
böyürtünün usanmaz inadkarlığıyla tәkrar olunan kәdәrli görüntü
baş verәcәk.

O, bu kәdәrli düsturdan, azacıq da olsa, kәnarçıxmaları sezә
bilmәmişdi. Bu mövzuda on minlәrlә adamla söhbәt elәsә dә,
boyuyla bağlı ona heç kәs heç zaman maraqlı, yaxud әylәncәli
bir şey söylәmәmişdi. Azı, on min adam bu mәsәlәdә öz qüvvәsini
sınasa da, bir nәfәr dә boyu barәdә gülmәli, ya da ağıllı söz
demәmişdi. Boyunun doğurduğu maraq yersiz, cavab tәlәb elәyәn
suallar saysız-hesabsız olsa da, bir nәfәr dә nәhәng adamın insani
tәbiәtini anlaya bilmәmişdi, bu barәdә bir incә, tәsirli sual
vermәmişdi.

Bu kәdәrli düstur elә arasıkәsilmәdәn tәkrar olunurdu ki,
get-gedә nәhәng adamın beynindә ölgün cığırlar açdı. O,
fikirlәşmәdәn cavab qaytarır, qulaq asmadan sәslәnir, gözlәnilәn
sualları artıq min dәfәlәrlә kömәyinә yetәn sınanmış, ancaq
özünә bәlli olan etibarlı formula bel bağlayıb düşünüb-daşınmadan
cavablandırır, hәr kәsin nәyi nә vaxt deyәcәyini qabaqcadan
bilirdi.

1Jozef Ernest Renan (1823–1892) – XIX әsr mәşhur fransız filosofu
vә yazıçısı

287
   282   283   284   285   286   287   288   289   290   291   292