Page 288 - tomas
P. 288
as Vulf

Bәlkә, uzunboy adamda yumor var? Yaxşı, onda qoy xalq
yumorumuzun cәfakeş tarixçisi qulaqlarını şәklәsin, küçәlәrdә
“uzun”un arxasınca atılan bütün atmacalara diqqәt yetirsin.

– Ay sәni!
– Ay sәnii! Oğlan belә olar e!
– Ay sәni!.. Aman, Allah! …Mat qal-malı-dı!.. Möcüzәyә
bax!
– Ay sәnii! Ey, bura bax, yuxarıda havalar necәdi, hә?.. Mat
qal-malı-dı!.. İlahi!.. Möcüzәyә bax!
– Dostum, buludların arasında nә var, nә yox, nәmişlik deyil
ki? …Ona bax, ona bax, uzundraza bax!
Ola bilsin, bu mövzuya hәsr olunmuş küçә hazırcavablığı
incilәri bax belә toplanıb, bununla belә, әn ciddi avtoritetlәr
tәntәnәli görkәmlәriylә iddia elәyirlәr ki, sadalananlardan başqa,
heç bir inci-filan yoxdu.
Yaxud daha nәzakәtli, kübar mәzmunlu söhbәtdә әdәbli notlar
aşkara çıxmır, qәlbini yumşaltmağa, ovqatını yaxşılaşdırmağa
yönәldilmiş üstüörtülü atmacalardan tәskinlikverici bir şey boy
vermir. Bu cür söhbәtlәrdә әvvәlki düstur belә sәslәnir:
– Siz nә uzunsunuz, adam lap dәli olar!
– Hәә… ha! ha!.. hәә… ha! ha!.. Düz sözә nә deyәsәn… ha!
ha!... Siz artıq sezmisiniz!
– Әlbәttә! Çox dikәlmisiniz!.. Hәtta әvvәlcә özümü pis hiss
elәdim... (ardınca tәlәsik düzәliş gәlir), yәqin, ilk dәfә
gördüyümdәndi, sonra öyrәşdim… Mәn o mәnada deyirәm ki,
adamın yadından çıxır… Yәqin, sizinçün belә yaxşıdı… Mәn o
mәnada deyirәm ki, adamların çoxu ucaboy olmalarından qürur
duyur… hәr halda, müәyyәn üstünlükdü, düzdü?.. Mәn o mәnada
deyirәm ki, hәr kәs istәrdi, boyu uzun olsun, elә deyil? O mәnada
ki, hәr yerdә hamı sizә aşağıdan-yuxarı baxır, düzdü? Bu da sizin
xoşunuza gәlir, hә?… O mәnada ki, hәr halda, böyük üstünlükdü,
düz deyil?.. O mәnada ki… mәni başa düşürsünüz?
– Hә… ha-ha-ha! Hә, әlbәttә!.. ha-ha-ha!.. Әlbәttә, müәyyәn
mәnada sizi başa düşürәm... ha-ha-ha!.. Haqlısınız… ha-ha-ha!
Hә, әlbәttә!

288
   283   284   285   286   287   288   289   290   291   292   293