Page 293 - tomas
P. 293
Qulliver

Ucaboy yad adam: Әlbәttә. Boyuna uyğun özün heç nә tapa
bilmirsәn.

Şәhәr bәdheybәti (söz ona asta-asta, güclә çatır): Hәә, belә
baxanda, düz deyirsәn!

Ucaboy yad adam: Hә, aydın mәsәlәdi! Doyunca yatmaq
üçün boyuna uyğun çarpayı da tapmırsan…

Şәhәr bәdheybәti (maraqla). Deyәsәn, ikiqat olub yatmaq
lazım gәlir, hә?

Ucaboy yad adam: Bәs neylәyim? Bax belә, bax belә!
(Əliylә әyrü-üyrü hәrәkәt elәyir, Şәhәr bәdheybәti dә xırıltılı
sәslә qәhqәhә çәkib gülür.)

Şәhәr bәdheybәti: Bәs paltarı neylәyirsәn? Hәr şeyi sifarişlә
tikdirirsәn, hә?

Ucaboy yad adam: Әlbәttә. (Ardınca elә o mәlum düstura
uyğun olaraq, sarsılmış dinlәyicisinә evindәki çarpayının lazım
olduğundan yarım metr qısalığından, vaqonun taxtında da,
paroxodun çarpayısında da bütün boyuyla uzana bilmәmәsindәn,
pillәkәndәn enәndә alnını dirәklәrә vurub zәdәlәmәsindәn, teatrda,
avtobusda dizlәrini qoymağa yer tapmamasından… danışır.
Axırda Şәhәr bәdheybәti әli ilә alnını elә bir halda şappıldadır
ki, elә bil Allaha inanmasa da, vәhy gәlib ona. Sonra asta-asta:
“Ay-ay-ay, işә bax!” – deyib bu heyrәtamiz mәlumatı onu
sәbirsizliklә gözlәyәn dostlarıyla bölüşmәyә gedir.)

***

Cürbәcür şәhәrlәrin küçәlәrindә, dünyanın bütün guşәlәrindә
hәmin dәyişmәz düstur bax belә işlәyirdi. Әsrlәrin bәxş elәdiyi
bu düstur ucaboy, tәnha adama hәyatın kәdәrli eyniyyәtini
göstәrdi. Vә axırda – nә qәdәr qәribә olsa da – qәlbindә insana
elә bir izaholunmaz etibar yaratdı ki, ibtidai insan xeyirxahlığına,
insansevәrliyinә elә bir inam doğurdu ki... Bu inamı dünyada heç
kәs verә bilmәzdi.

293
   288   289   290   291   292   293   294   295   296   297   298