Page 297 - tomas
P. 297
Vaxt da meşə zülməti kimi qəribədi

Bu vaxt bütün kütlә sәs-sәsә verdi, gülәn qadınların ciyiltilәri,
etiraz dolu qışqırtılar...

– Tşşş! Sakit olun! – sәdası eşidildi.
– Deyәrәm, deyәrәm! – әtrafda hamı bir qәdәr sakitlәşәn
kimi pıqqıldayan sәrnişin cavabında dillәndi. – Amma, ola bilsin! –
onun o şeylәri! daha yoxdu! – gedәn adam handan-hana anlayıb
әl-ayağa düşdü. – bәlkә! әcnәbi! frölaynlardan! hansısa.. – Bu
vaxt havası çatmadı, gülmәkdәn uğundu.
– Otto! – qadın ciyildәdi! – Tşşş!!
– Ola bilsin! froylaynlardan! biri! onları ondan… – gülmәkdәn
öskürdü.
– O-o-o-t-to!.. Utanmırsan?! Tşşş! – qadınlar birağızdan ona
qışqırdılar.
– Xatirә olaraq! qocadan! Münhendәn!.. – cavabında hazırcavab
tәrәf-müqabili ona bağırdı.
Tәzәdәn bütün mәsәlәdәn hali olanlar elәcә güldülәr. Onlar
azacıq özlәrinә gәlәndә kişilәrdәn biri tәngnәfәsliklә çarpışa-
çarpışa, dili dolaşa-dolaşa, gözlәrindәn axan yaşı silә-silә sözә
başladı:
– Elzaya! De ki! – burada sәsi sözünә baxmadı, qırılıb güclә
eşidilәn ciyiltiyә çevrildi, bir daha gözlәrini silmәk üçün ara
vermәli oldu.
– Nә?! – hırıldayan sәrnişin bağırdı.
– Elzaya! De ki! – o, daha inamla başladı. – Berta xala! Oh,
bacarmıram! – Yenidәn zәif-zәif inildәdi, sәsini kәsdi, yaşarmış
gözlәrini silib aciz sükuta daldı.
– Nәә?! – yola salan adam ovcuyla iti qulağını şappıldada-
şappıldada qulaqbatırıcı sәslә qışqırdı. – Elzaya nә deyim?
– Elzaya! De ki! Berta xala! ona! qat-qat piroqun! reseptini!
göndәrir! – perrondakı adam artıq lap hönkürә-hönkürә ağladı,
elә bil taqәtini itirmәmiş, bu sözlәri nәyin bahasına olursa-olsun,
öz canından sıxıb çıxarmalı idi.
Berta xalanın qat-qat piroqunun ilk baxışda heç dә çoxmәnalı
olmayan xatırlatması, doğrudan da, heyrәtamiz tәsir göstәrdi.
Әvvәl baş verәnlәrdәn heç biri indi bütün dostlar qrupunu

297
   292   293   294   295   296   297   298   299   300   301   302