Page 299 - tomas
P. 299
Vaxt da meşə zülməti kimi qəribədi
adamların danışdıqları lәhcәlәrdәn, mәnsub olduqları irqlәrdәn
daha dәrin bir şeydi.) şahidi oldu.
Amma indi, ayrılıq zamanı çatanda qadın vә ölmәkdә olan
kişi susurdular. Onlar әl-әlә tutub, gözlәrini gözlәrinә dikib bir-
birinә yandırıcı, acgöz mehribanlıqla baxırdılar. Qucaqlaşdılar,
qadının qolları kişinin boynuna dolandı, hәyat dolu mәlahәtli
bәdәni ona sığındı, qırmızı dodaqları kişinin dodaqlarından elә
yapışdı ki, elә bil heç vaxt buraxmayacaq. Axır ki, qadın özünü
ondan ayırdı, kişini ümidsizcәsinә, gücsüz halda geri itәlәyib
dillәndi: “Get, vaxtdı!”
Bu zaman kişi – o bәdheybәt – dönüb tәlәsmәdәn öz vaqonuna
girdi, qatar hәrәkәtә gәlib asta-asta sürünmәyә başladı. Kişi artıq
bu müddәtdә başını pәncәrәdәn çıxarıb gözlәrini qadından
ayırmadan dәhlizdә dayanmışdı, qadınsa onu mümkün qәdәr çox
görmәk üçün platformayla gedirdi. Amma qatar sürәtini artıranda
qadın addımlarını yavaşıdıb dayandı. Gözlәri nәmdi, dodaqları
kimsәnin eşidә bilmәyәcәyi sözlәr pıçıldayırdı. Kişini gözdәn
itirәndәn sonra “auf Wiedersehen!”1 qışqırıb barmağını dodaqlarının
üstünә qoydu, ona hava öpüşü göndәrdi.
Qısa müddәtdә hәmin xәyalın yolyoldaşı olacaq gәnc isә
dәhlizdә bir qәdәr dә lәngidi: elә hey pәncәrәdәn vağzal örtüyünün
iri tağlarına baxırdı. Әslindәsә, ucaboy, mәlahәtli qadından, onun
yavaş-yavaş uzaqlaşan fiqurundan başqa, heç nә görmәdәn guya
camaatın dağılışmasına, platformanı tәrk elәmәsinә göz qoyurdu:
qadın başını aşağı salmışdı, asta-asta sürünәn, sözlә ifadәedilmәz
dәrәcәdә zәrif, dalğavarı, rәngdәn-rәngә düşәn hәrәkәtlәri duyğulu
idi. Bircә dәfә әtrafına baxmaq üçün ayaq saxladı, sonra geri
dönüb, eynilә әvvәlki kimi, yavaş-yavaş irәli getdi.
Bir adam perrondakı dәstәdәn ayrılıb ona yaxınlaşdı. O, lap
cavan idi. Qadın yavaşıdı, elә bil qımıldanmaqdan qorxurdu,
әlcәkli әlini etiraz әlamәti kimi yuxarı qaldırıb tәzәdәn yoluna
davam elәdi. Bir saniyәdәn sonra onlar artıq qızğınlıqla qucaq-
laşmışdılar, әtrafda kimsәni görmәdәn bir-birini ehtiraslı öpüşә
qәrq elәyirdilәr.
1auf Wiedersehen – Görüşәnәdәk (alm.)
299