Page 303 - tomas
P. 303
Vaxt da meşə zülməti kimi qəribədi
Bütün bunlar özününkü idi, hәr şey dә hәyatında öz yerini
tutmuşdu. Heç zaman da birini o birindәn ayırmaq olmazdı.
Eynilә onun qanını atasının qanından heç bir distillә ilә ayırmaq,
tutqun zamanların qәdim döymә naxışını parçalamaq mümkün
deyildi. Elә buna görә dә vaqonun pәncәrәsindәn Alp dağlarının
bomboş, qarlı, tutqun, mәftunedici meşәlәr ölkәsinә baxmağı
kifayәt idi ki, artıq tәәccüb doğuran tanışlıq hissi yox, bu yerlәri
uşaqlıqdan xatırlaması, buranın onun doğma evi olduğu duyğusu
yaransın. Hәm dә onun qәlbinә yuxuların әzәmәtli, qarayaxa
musiqisi kimi tutqun, ipә-sapa yatmayan, qәribә tәrzdә şәn bir
şey axır, artıb-çoxalırdı.
***
İndi, tanışlıq baş tutanda bu xәyal-adam öz millәtinә xas olan
abırsız maraqla yolyoldaşına hәyatı, evi, peşәsi barәdә, hara,
nәyә görә getdiyi barәdә saysız-hesabsız suallar yağdırmağa
başladı. Gәnc oğlan hәvәslә, incimәdәn cavab verirdi. Aydın idi
ki, onu utanıb-elәmәdәn sorğu-suala tuturlar, amma ölmәkdә
olan adamın sәsi elә qılıqlı, elә dostyana, elә yumşaq sәslәnirdi
ki, özünü elә nәzakәtli, elә xeyirxah aparırdı ki, azacıq duyulan
yorğunluq örtüyü ilә әmәlli-başlı yumşaldılmış tәbәssümü elә
işıqlıydı ki, soruşduqlarının cavabı asanlıqla, sanki özbaşına veri-
lirdi.
Axı cavan oğlan amerikalıdı, düz deyilmi? – Hә! – Artıq
çoxdanmı xaricdәdi? – İki aydı! Üç aydı? Az qala, bir ildi!
Demәli, Avropa onun xoşuna gәlir, elә deyil? Bu, onun ilk
sәyahәtidi? Yox? Dördüncü? – Xәyalın qaşları bir qәdәr açıq-
aşkar heyrәtlә yuxarı qalxdı, amma әsәbi, nazik dodaqlarından
güclә sezilәn yorğun, şәfqәtli tәbәssüm yox olmadı.
Nәticәdә oğlanı sıxıb lap suyunu çıxardı: xәyal onun barәsindә
hәr şeyi öyrәndi. Sonra kişi bir dәqiqәliyә oğlana güclә sezilәn,
işıqlı, azacıq istehzalı vә hәm dә mehriban tәbәssümüylә baxdı.
Axırda yorğun, inadkar halda tәcrübәnin, ölümün sakit qәtiyyәtiylә
dillәndi:
303