Page 306 - tomas
P. 306
as Vulf

sәni orada gözlәyәn hәyatın anlaşılmaz, nağılvarı vәdlәrinin ger-
çәklәşmәsinә dilsiz, sözlә ifadә olunmayan ümid didib-dağıdır.

Avropada sevinc vә zövq daha gerçәk, daha sabitdi. Dәbdәbәli
qatarlar, zәngin bәr-bәzәk, tünd-qırmızılıq, masmavilik, vaqonların
tәzә-tәr, parlaq rәngi, yaxşı yemәk, şәnlәndirәn şәrab, sәrnişinlәr,
hәyatsevәr varlı kosmopolitlәrin görkәmlәri – bütün bunlar güc
dolu sevinc duyğusu tәlqin elәyir, arzularınızın yaxında mütlәq
hәyata keçәcәyinә işarә vurur. Dolğun mәdәniyyәtin, bütöv bir
millәtin qәlәbәliyi ilә әhatә olunduğun bir neçә saat әrzindә
әsrlәrdәn, dövrlәrdәn şığıyıb, bir ekskursiya cәnnәtindәn o birinә
adlayıb ölkәdәn-ölkәyә keçirsәn.

Amerika qatarının pәncәrәsindәn baxanda peyda olan dәlisov
sevincin, adsız ümidin әvәzindә isә Avropada olmağın ağlagәlmәz
sevincini yaşayır, ani zövq duyursan, sanki dünyada zәnginlikdәn,
dәbdәbәdәn, sevgidәn başqa heç nә yoxdu. Bu sonsuz zövqlәr
müxtәlifliyindә yaşamaq, lәzzәt almaqsa әbәdiyyәtәcәn davam
elәyәcәk.

***

Gәnc oğlan yedi, pulu ödәdi, tәzәdәn şütüyәn qatar boyu
vaqonların dәhliziylә irәli getmәyә başladı. Öz kupesinә çatanda
gördü ki, xәyal hәlә dә öz balaca divanında uzanıb yatır, ayın
parlaq ziyası hәlә dә onun quşabәnzәr profilini nurlandırır.

Uzanmış adam öz halını qәtiyyәn dәyişdirmәdi, amma gәnc
oğlana elә gәldi ki, müәyyәn bir namәlum, sezilmәz, fәlakәtli
dәyişiklik baş verib, ancaq o dәyişikliyin nәdәn ibarәt olduğunu
müәyyәnlәşdirmәyә cәhd elәmәdi. Nә dәyişdi? O, öz yerindә
oturdu, bir müddәt gözlәrini ayırmadan üzbәüzdәki adamın
zülmәtdә sәssiz-sәmirsiz әriyәn cizgilәrinә baxdı. Nәdi, o, nәfәs
almır? Oğlan fikirlәşib özünü, az qala, inandırdı ki, nәfәs var:
sinә qalxıb-enir. Amma hәr halda, tam aydınlıq yox idi. Sonrasa
ayın zәif işıq saçdığı toranlıqda bәrk-bәrk sıxılmış dodaqların
küncündәn uzanan tünd-qırmızı-qara zolağı, döşәmәdәki iri tünd-
qırmızı-qara lәkәni lap aydın gördü.

İndi neylәmәk lazımdı? İndi neylәmәk olar? Ona elә gәlirdi,
fәlakәtli ayın qarayaxa ziyası ruhunu qara ovsunuyla bürüyüb,

306
   301   302   303   304   305   306   307   308   309   310   311