Page 305 - tomas
P. 305
Vaxt da meşə zülməti kimi qəribədi

әbәdiyyәtin sәsinә çevrilib şığıyan qatarın yaratdığı güclü simfonik
harmoniya bu yaddaşın dәrinliklәrindәn boy verirdi.

Sirli işığın vә zamanın sehrinә bürünmüş gәnc gözlәrini ayın
ötәri parıltısında yanından әzәmәtlә ötüb-keçәn möcüzәli ağ-
qara alәmdәn çәkmәdәn pәncәrәyә baxa-baxa oturmuşdu. Nәhayәt,
durdu, dәhlizә çıxdı, qapını arxasınca ehtiyatla örtdü, vaqon-
restorana çatanacan ensiz keçidlә tamburdan-tambura adlayıb,
irәli şığıyan qatarın arxa tәrәfinә getdi.

Burada hamı hәrәkәtdәydi, hamı hiss dolu hәrarәtlә, dәbdәbәylә,
şәnliklә parıldayır, işıq saçırdı. Adama elә gәlirdi ki, qatarın
bütün hәyatı bu yerdә yığışıb. Sarsılmaz sabitliklә yeriyәn diribaş
ofisiantlar dәlisov sürәtlә şütüyәn vaqonun keçidiylә ora-bura
vurnuxur, masaların yanında ayaq saxlayıb mәcmәyilәrә yığılmış
iri qablardan boşqablara dadlı yemәklәr qoyur, müştәrilәrә xidmәt
elәyirdilәr. Ofisiantların ardınca sommelier1 gәzirdi. O, Reyn
şәrabının uzun, tәrlәmiş şüşәlәrini açırdı – şüşәni dizlәrinin
arasında sıxır, tıxacı dartır, bәrk partıltı eşidilir, tıxac atılıb xüsusi
sәbәtә düşürdü.

Masaların birinin arxasında şişman qocayla gözәl bir qadın
әylәşmişdi. Digәr masada “anaş” yaxalıqlı köynәkdә nәhәng,
qüvvәtli görünüşü olan alman oturmuşdu (kәllәsi daz qırxılmışdı,
sifәti iri donuzun başını xatırladır, alnı tәnha mütәfәkkirin alnına
oxşayırdı), ofisiantın ona әt qoyduğu mәcmәyini gözlәriylә
yeyirdi. Alman yırtıcı, elә bil bәtnindәn gәlәn sәslә deyirdi:
“Ya!.. Gut!.. und ofiesem hier auch…”2

Zәnginlik, güc, dәbdәbәylә dolu mәnzәrәydi; bircә baxışla
hiss elәyirsәn ki, doğrudan da, birincidәrәcәli Avropa ekspresindә
yola çıxmısan – Amerika qatarında gedәrkәn keçirdiyin hissdәn
kәskin fәrqlәnәn duyğudur. Amerikada dәmir yoluyla sәfәr qüs-
sәylә yarıbayarı dәlisov sevinc qabarması doğurur; bütün varlığınla
qatarın keçib-getdiyi ölkәnin bu vәhşi, ucsuz-bucaqsız becәrilmәmiş
çöllәrini dәrk elәyirsәn, can atdığın sehrli şәhәr barәdә fikirlәşәndәsә

1sommelier – restoranın şәrab işinә baxan xidmәtçisi (frans.)
2Hә!.. Yaxşı!.. bir az da bundan… (alm.)

305
   300   301   302   303   304   305   306   307   308   309   310