Page 300 - tomas
P. 300
as Vulf
Gәnc oğlan öz yerinә qayıdanda artıq dәhlizdәn kupesinә
girmәyә, xırıltıyla nәfәs ala-ala divanının yastığı üstünә yıxılmağa
macal tapmış qonşusu, demәk olar, sakit idi, daha o qәdәr dә
üzgün görünmürdü. Onun cavan yolyoldaşı bir dәqiqәliyә diqqәtlә
kişinin quşsayağı profilinә, yorğun-yorğun yumulmuş gözlәrinә
baxdı, hәmin qaçılmaz görüşü platformada görüb-görmәdiyindәn,
әgәr görübsә, ona yeni tәcrübә zәrrәsi bәxş elәyib-elәmәyәcәyindәn
baş açmağa çalışdı. Amma ölümün maskası sirli, keçilmәz idi;
anlamağa çalışan gәnc oğlan axtardığını görә bilmәdi. Nazik
dodaqlarının kәnarlarında sifәtini qәfil işıqlandıran zәif tәbәssüm
oynadı, indi artıq açıq olan alovlu gözlәri elә dәrinә batmışdı, elә
laqeyd idi ki, adama elә gәlirdi, o gözlәr ağlagәlmәz dәrinlikdәn
dә dәrin bir şeyә baxır. Bir an sonra kişi yumşaq, boğuq sәslә
dillәndi:
– O, mәnim arvadım idi. İndi qış vaxtı tәk getmәliyәm. Elә
әn yaxşısı budur. Yazda lap yaxşı olacağam, o da mәnim yanıma
gәlәcәk.
***
Qatar qış gününün bütün qalan hissәsini Bavariya çöllәriylә
şığıyırdı. Tezliklә dә böyük sürәt topladı, şәhәrkәnarının axırıncı
seyrәk, yastı evlәrini arxada qoyub bir göz qırpımında Münheni
әhatә elәyәn düzәnliyә çıxdı.
Hava boz idi, tutqun sәma ağır halda asılıb qalmışdı, bununla
belә, qoxusu olmayan soyuq dağ iqliminin sevinc dolu enerjisi
vә hәyatverici Alp tәmizliyi әmәlli-başlı hiss olunurdu. Yarım
saatdan sonra qatar dağәtәyi ilә gedirdi; yanından tәpәlәr, vadilәr
ötüb-keçir, yaxın yerlәrdә buludlar arasındakı dağ silsilәlәri
görünüb yox olur, bütün bunları da Almaniya meşәlәri tutqun
sehriylә kölgәlәyirdi. Buranın meşәlәri tәkcә ağac yığını deyil
axı – yox, bu, әsl sehrbazlıqdı, bu, adamların, xüsusilә dә bu
torpaqla, xatirәlәrin oyatdığı bu tutqun musiqiylә müәyyәn qan
bağlılığı olan әcnәbilәrin qәlbini әsir elәyәn әsl ovsun, gözәllikdi.
300