Page 295 - tomas
P. 295
Vaxt da meşə zülməti kimi qəribədi
yerlәrindә donub-qalırdılar. İndi qadın incә tәrzdә çiyninә toxu-
na-toxuna, paltosunun qalın xәz yaxalığını işvәylә darta-darta
onu nәyә görәsә mәzәmmәtlәyir, әlcәyin içindәki xırdaca barmağını
xәbәrdaredici şәkildә qaldırırdı.
Bütün bu müddәt әrzindә kişi qadına tamaşa elәyirdi; az
danışır, amma qadını iri, qara gözlәriylә yeyirdi. Adama elә
gәlirdi ki, o gözlәr ölümün, hәyatın sönmәz atәşiylә, yalnız onun
hesabına yaşayır, az qala, qadını acgözlüklә, sevginin doyulmaz
incәliyiylә canına çәkә-çәkә yanır. Kişi hәddәn artıq ucaboylu,
üzgün görkәmli yәhudiydi, xәstәlik elә әldәn salmışdı ki, elә bil
bәdәni әynindәki ağır, bahalı paltarın içindә itmiş, atılmış,
unudulmuşdu.
Kişinin, az qala, sümüklәrin vә dәrinin tәmasından şәffaflığacan
arıqlamış cılız, solğun sifәtindәn tәkcә iri burnu qalmışdı. Buna
görә dә sifәtdәn çox, ölümün bir cüt alov saçan hәris gözlә
işıqlandırılmış, yan tәrәflәrdәn qızdırmalı halda yanan iki qırmızı
yanaqla bәzәdilmiş quş maskasına oxşayırdı. Ancaq hәmin sifәt
xәstәlikdәn doğan çirkinliyi, arıqlığıyla yanaşı, qeyri-adi dәrәcәdә
hәyәcanlandırıcı, yaddaqalan, ölüm möhürlü nәcib, faciәvi sifәt
idi.
Amma ayrılıq zamanı yetişdi. Bәlәdçilәrin xәbәrdaredici
qışqırtıları eşidildi, bütün platforma boyu hәrәkәtin vahid cәhdi
duyuldu, dostlar dәstәsinin üzәrindәn qarma-qarışıqlıq qasırğası
ötdü. Adamlar hamının gözlәri qarşısında öpüşür, bir-birinin әlini
sıxır, ağlayır, gülür, arxada qalanları sәslәyir, bir daha bәrk-bәrk
öpüşmәk üçün geri qayıdır, tәlәsik öz kupelәrinә qalxırdılar. Yad
dillәrdә andlar, danlaqlar, vәdlәr, gizli mәnası vidalaşanlar
qrupunun hәr birinә çox әziz olan, dәrhal da qәhqәhә dalğası
doğuran tәlәsik eyhamlar vә zarafatlar eşidilir, bütün dünyada
hәmişә eyni cür olan vida sözlәri sәslәnirdi:
– Otto! Otto! Sәnә verdiyim şeyi götürdün?.. Bax gör yerin-
dәdirmi? – o baxırdı, hәr şey yerindәydi; gülüş sәslәri eşidilirdi.
– Elzanı görәcәksәn?
– Nә olub? Eşitmirәm! – qışqırığı: әl qulağa qoyulub, baş
döndәrilib, sifәtdә anlamazlıq var.
295