Page 292 - tomas
P. 292
as Vulf

di-bir metr doxsan sәkkiz santimetrdi… doğrusu, çoxdan
ölçmәmişәm… axırıncı dәfә ölçdürәndә tәxminәn bir metr doxsan
yeddi-bir metr doxsan sәkkiz santimetr idi… (Günahkar halda.)
Düzdü, çoxdan olub… Bir neçә il olar ki, boyumu ölçdürmürәm…
amma… ah-ha-ha… onda tәxminәn bir metr doxsan yeddi-bir
metr doxsan sәkkiz santimetr idi, o vaxtdan da çox uzanmaram,
yәqin… ah-ha-ha… Tәxminәn bir metr doxsan yeddiylә bir metr
doxsan sәkkiz santimetrin arasındadı.

Şәhәr bәdheybәti (tәәccüblә vә bir qәdәr mәyus görkәmlә.)
Doğrudan? …Mәnsә elә bilirdim, lap uzundu!... Elә bilirdim, әn
azı, iki metrdi… Burada biri deyirdi ki, heç iki metr dә olmaz.
(Fikirli halda.) Yüz doxsan yeddi-yüz doxsan sәkkiz, hm…
Dәqiqdi? Mәnsә elә bilirdim, lap uzun olarsan!

Ucaboy yad adam: Yox… ah-ha-ha… elә çoxları belә düşü-
nür… amma mәncә, dәqiqdi… tәxminәn yüz doxsan yeddiylә
yüz doxsan sәkkizin arasındadı.

Şәhәr bәdheybәti (zarafatla): Bura bax! Bilirsәn, sәn neylә-
mәlisәn?.. Mәn sәnin kimi belә ucaboy olsaydım, bilirsәn,
neylәyәrdim?

Ucaboy yad adam: Hә, ümumiyyәtlә, yox… ah-ha-ha! Nәdi
ki?

Şәhәr bәdheybәti: Rinqә çıxıb Cek Dempsini әzişdirәrdim.
…Oradakıların hamısını әzişdirәrdim… Sәnin kimi nәhәng elә
ilişdirәr ki! Qolların uzundu axı, әllәri sәnә çatmaz. Eh, tәki
sәnin ölçülәrin mәndә olaydı! Rinqә çıxardım – bax belә! Sәnin
kimi ucaboy olsaydım, bax ora gedәrdim.

Ucaboy yad adam (qeyri-iradi yüngüllüklә lazımi sәviyyәyә
qalxıb): Bilirsәn, sәnin yerindә olsaydım, bu cür olmadığıma
görә sevinәrdim… Bәxtinin necә gәtirdiyini tәsәvvür elәyә
bilmәzsәn.

Şәhәr bәdheybәti (asta-asta, maraqla): Doğrudan?
Ucaboy yad adam (qısa nitqini rәvan sürәtlә guruldadır):
Әlbәttә. Mәnim kimilәrin başına hәr yerdә xoşagәlmәz hadisәlәr
gәlir.
Şәhәr bәdheybәti (daha böyük maraqla): Doğrudan?

292
   287   288   289   290   291   292   293   294   295   296   297