Page 289 - tomas
P. 289
Qulliver
Bәlkә, elә dostyana zarafat, hәqiqi qabatәhәr şәfqәt qәfildәn
sadә, sәmimi adamın ağzından çıxır? Yaxşı, tәsәvvürünüzdә belә
bir mәnzәrә canlandırın: qitәmizin sahillәrindәki gecә dolanbac-
larından hәr birinin qarşısından minlәrlә adam keçir. Biz çürük
kәrpic yığınına pәrçim edilmiş saxta pәncәrәli qalın qәdim
divarda açılan bürkülü yarıqdayıq. İçәridә barın nәmişlikdәn
parıldayan, orada-burada islaq stәkanların girdә izlәri qalmış
piştaxtası var, çoxdan tәmizlәnmәmiş әzik mis tutacaq var, sәrt,
ölgün işığın parıltısı var. Dördkünc çәnәsi, gecә sahibinә xas
tutqun sifәti olan barmen Leo peşәkarcasına diqqәtlidi. Nәhayәt,
gecәnin bir-birinә oxşayan ölgün simaları, sәrxoş sәslәrin xırıltılı
dolaşıqlığı, әyyaşların tez-tez iyrәnc pivәnin sızıntısı içinә düşәn
dirsәklәri var.
Zәng: xeyirxah Leo gözlәrini sәrt halda, bic-bic qıya-qıya
gözlüyә tәrәf әyilir, qapı açılır, “uzun” içәri girir, Pet Qroqan –
tәbiәtcә zarafatcıl, mәnşәcә kelt, xeyirxah Leonun barının coşqun
tәlxәyi – dәrhal ona tәrәf cumur. Sulanan, heyvansayağı qırmızımtıl
gözlәrini mәzәli şәkildә bәrәldә-bәrәldә, meymunsayağı çiyinlәrini
sallaya-sallaya, әyri qıçlarını dizdәn bükә-bükә, qalınyanaqlı
meymunsayağı sifәtini gülmәli halda yuxarı qaldıra-qaldıra cumur,
quruyub qalmış meymun görkәminә (bütün bunlar çox mәzәlidi)
nәzәr salır, bu zaman Leo hırıldaya-hırıldaya gözucu baxır,
әyyaşlarsa istehzayla gülürlәr. Hә, sonrasısa belә olur:
Qroqan (hәlә dә yarımoturaq vәziyyәtdәdi). İ-ila-ah-i…
Adamın başına hava gәlәr! …Buna bax!.. Bu, nәyin üstündә
dayanır axı – ah, afәrin!... (Leo da, istehzayla gülümsünәn
әyyaşlar da sevinclә, minnәtdarlıqla fınxırırlar; hәvәslәndirilmiş
zarafatcıl Qroqan davam elәyir.)… İla-hi-i! (Boynunu asta-asta
döndәrir – qırmızı, iriyanaqlı sifәtini get-gedә yuxarı qaldırır –
gәlәn adamı düşüncәli görkәmlә başdan-ayağacan süzür.) …Ay-
ay-ay! Mәn elә onu görәn kimi düşündüm: ayaqlarının altına
yeşik qoyub, nәdi?.. (Sifәtindә әdәbsiz utancaqlıqla Leoya sarı
dönür.) Әşi, siz Allah, ona baxın! Görün bura kim gәlib! (Üzü
hırıldayan tamaşaçılara sarı.) Görәn kimi mәәttәl qaldım ki, bu
nәdi belә? Şәhәrә sirk gәlib, yoxsa nә? (Tәzәdәn çevrilib sәmimi
289