Page 285 - tomas
P. 285
Qulliver

gözlәnilmәz sarsıntı doğurur, karıxdırır, axırdasa ani qәzәb, hiddәt
partlayışı yaradırdı.

Bәzәn saat beşdә, bütün şәhәr axın-axın işdәn evә tәlәsәndә
küçәylә gedir, qәfildәn dәrk elәyirdi ki, ona göz qoyurlar; sezirdi
ki, adamlar boylanıb baxır, dirsәklәriylә bir-birini dümsüklәyirlәr.
Adamların onu maraqla başdan-ayağa süzәn tәәccüblü baxışlarını
duyur, heyrәt dolu pıçıldaşmalarını eşidir, ötüb-keçәrkәn gülümsә-
diklәrini görürdü. Belә hallarda hamını boğmağa hazır idi.
Әlәsalmaların, zarafatların – hәtta insanları başqalarından daha
yaxşı öyrәnmiş “uzun”un qәlbindә, beynindә yorğun izlәr salan
turşmәzә, ölgün yumorun bu dözülmәz dәrәcәdә darıxdırıcı axını
altında özünü, az qala, o sәfehlәri boğmaq, kәllәylә yerә sәrmәk
hәddindә hiss elәyir, qәzәblә nәrildәmәk istәyirdi:

– Sizi lәnәtә gәlәsiniz. Neylәyәk? Mәni könüllü şәkildә
özünüz kimi qәbul elәyirsiniz, yoxsa hәr birinizi yumruqla başa
salım?

***

Belәliklә, gündә yüz dәfәlәrlә şit, zәhlәtökәn axının hәdәfinә
çevrilirdi, bununla belә, hәmin axın hәm dә kinsiz bir mәzhәkәydi,
get-gedә elә adilәşdi, elә әhәmiyyәtsiz oldu ki, artıq “uzun”un
yorğun şüuruna gedib çatmırdı. Onun bu axınlara reaksiyasısa,
yәqin ki, bir vaxtlar insan sәfehliyinin bulanıq horrasını içmәyә
mәcbur olmuş başqa bir “uzun”un reaksiyası kimiydi. Әvvәlcә
yalnız gәncliyin hiddәt dolu ani qәzәbini duyurdu – oğlan
qürurunun xәyanәtkar zәifliyi, әlә salınmaq qorxusu, tez incimәsi,
istehzalar qarşısında acizliyi, tәhqir olunmağa, davaya atılmağa,
zәdәlәnmiş şәrәfinin intiqamını almağa hazır olması onu pis
vәziyyәtdә qoyurdu. Sonrasa dәhşәtli utanca oxşar bir şey onu
adi adamların hamısına hәsәd aparmağa mәcbur elәdi: külәk
kimi azad, alov kimi coşqun ruhunu bu cür axmaq kameraya
salmış tәbiәtin faciәvi oyunundan acı-acı şikayәtlәnmәyә vadar
edәn kiçiklik duyğusu peyda oldu. Bu utanc, öz qismәtinә nifrәt

285
   280   281   282   283   284   285   286   287   288   289   290