Page 290 - tomas
P. 290
as Vulf
çaşqınlıq görkәmiylә namәlum nәhәngi göstәrir.) … Hәә, boya
bax e! (Uğurundan mәmnun halda istehzayla gülәn dostlarına
qoşulur, hәlә bir müddәt onları әylәndirmәkdә davam elәyir:
uzunboy qonağa heyrәt dolu nәzәr salır, çaşqınlıq içindә başını
bulayır, sarsılmış halda dillәnir.) …Bu ki.. İ-la-hi-i!.. Boya bax e!..
Sonra Leo başını asta-asta, fikirli-fikirli bulaya-bulaya,
müştәrisinin zarafatı müqabilindә minnәtdarcasına әyә-әyә nәhәng
qonağa yaxınlaşır, hәlә dә öz xatirәlәrinә hırıldaya-hırıldaya
piştaxtanın üzәrindәn әyilib mәhrәmanә tәrzdә pıçıldayır:
– Bu, bizim Qroqandı… (elә bil özünü tәmizә çıxarır). Bir az
içib, fikir vermәyin… İlişmәkçün elәmirdi ki. (Tәsәlliverici
tәrzdә, ağır-ağır.) Yoox! Çox yaxşı oğlandı, dünyaya belәsi
gәlmәyib, kefli olmayanda… amma belә dәә, axmaqlayır…
ilişmәkçün elәmirdi … yox e, i-la-hi-i! (Qәfildәn bәrkdәn qәhqәhә
çәkir – yağlı-tutqun-ağır “ha-ha-ha”lar onun iri dodaqlarının
gecә şişkinliklәrini, qırışlarını titrәdir.) …Burada necә gülmәyәsәn,
hә? Hәm dә, yaxşı deyirdi axı – ayağının altına yeşik qoymusan,
nәdi?.. Ha! Ha! Ha! Ha-ha!.. İlişmәkçün demirdi e!.. Yoox! Kefli
olmayanda elә yaxşı oğlandı, dünyaya belәsi gәlmәyib!.. Hәә,
әla dedi – ayağının altına yeşik qoymusan, nәdi!.. Ha! Ha! Ha!
Ha! Ha! (Sonra gecә gülüşündәn titrәyә-titrәyә, başını asta-asta,
fikirli-fikirli bulaya-bulaya ağır-ağır uzaqlaşır.)
İndi rahat buraxılmış qonaq bir tәrәfdә dayanıb içәrkәn
piştaxtanın o biri başında yığılmış әyyaşlar arasında qızğın
mübahisә alovlanır, aradabir dә ümumi sәs-küy içindәn ayrı-ayrı
sәslәr – tәxminәn, aşağıdakı kimi möhkәm andlar, hiddәtli
etirazlar eşidilir:
– Yoox! …Doğrudan? …Nә danışırsan?! …Hә, onda, әlbәttә…
Onda gәl mәrc gәlәk!.. Yoox! …Doğrudan? …Әşi, onda iyirmi
var, içki vermәk kimi bir şeydi! …Doğrudan? Onda gәl mәrc
gәlәk!.. Hә, yaxşı! Yaxşı!... Hә, özündәn soruş!.. Hә, әlbәttә,
artıqdı! …Gәl mәrc gәlәk!..
Mübahisә elәyәnlәrdәn biri hәr әlindә bir parç pivә sözlәşәnlәrin
qrupundan ayrılıb tәnha qonağa yaxınlaşır. Sifәtdәn pis, kinli
adama oxşamır – әlli yaşlarında adi şәhәrliydi, elә bil qәzet
290