Page 291 - tomas
P. 291
Qulliver

komiksindәn enmiş personajdı: sallaq yanaqları, qırışlı alnı, iri
burnu, dәrin qırışları var, azacıq dәrinә batmış ağız-sifәti elә bil
metal klişenin altından çıxıb, amma o qәdәr abırsız özünәinamı
var ki (әsәb tellәri kütlәşib, nitqi kobuddu), hәr hәrәkәtindә
böyük şәhәrin bәdheybәtliyi açıq hiss olunur.

Şәhәr bәdheybәti (dostcasına, az qala, yüngülcә özünü tә-
mizә çıxara-çıxara hırıldayır, sәsini alçaldır, adәti üzrә, dodaqlarını
aralamadan, tәkcә dodaqlarının küncüylә dillәnir): Üzr istәyirәm,
dostum… Mәnim sәnә bir sualım var, olar? Dostlarımızla sәnin
barәndә mübahisә yaranıb… mәnim dә bir sualım ortaya çıxdı…
Etiraz elәmirsәn ki?

Ucaboy yad adam (düşünüb-daşınmadan hırıldaya-hırıldaya,
vәziyyәtә uyğun istehzaları iltifatla qulaqardına vura-vura, son
dәrәcә saxta tәrzdә): Şübhәsiz! …Ah-ha-ha!

Şәhәr bәdheybәti: Etirazın varsa, açıq-aydın de, incimәrәm…
Yәqin ki, çox adam elә eyni sualla sәnin üstünә gәlir, mәn dә
fikirlәşdim, bәlkә, bu axın artıq sәni cana doydurub – mәni başa
düşdün? …Hәr yerdә elә eyni sualla yaxınlaşsalar, adamı incidәr
axı… (Sifәtindәn çәtinliyә düşdüyü hiss olunur; çiyinlәrini ifadәli
tәrzdә dartıb ümidlә deyir.) Başa düşdün?

Ucaboy yad adam: Belә dә… Ah-ha-ha! …Hә, әlbәttә, hә…
Yәni de gәlsin… Ah-ha-ha!... Qorxusu yoxdu.

Şәhәr bәdheybәti: Deyәsәn, sәnә eyni sualla o qәdәr adam
yaxınlaşır ki, yәqin, sualın nәdәn ibarәt olduğunu özün dә başa
düşdün, belә deyil?

Ucaboy yad adam: Belә de. Hә. Yox. Ah-ha-ha-ha-ha…
Yәni hә!.. Yәqin ki!

Şәhәr bәdheybәti: Hәә, qoca… etiraz elәmirsәnsә… etiraz
etmirsәnsә… Mәn yalnız soruşmaq istәyirәm… (Mәhrәmanә
pıçıltı.) …Dostlarla mübahisә elәmişik – boyun nә qәdәrdi?..
(Tәlәsik.) Yaxşı, demәk istәmirsәnsә – lazım deyil! …Özün başa
düşürsәn ki, bәzilәrinә…

Ucaboy yad adam: Әşi, eybi yoxdu – ah-ha-ha – yox, әlbәt-
tә, yәni hә – ah-ha-ha… hәr şey qaydasındadı. …Qәtiyyәn
etirazım yoxdu… Mәnim boyum tәxminәn bir metr doxsan yed-

291
   286   287   288   289   290   291   292   293   294   295   296