Page 302 - tomas
P. 302
as Vulf

Yox. O, heç nәyi sübut elәyә bilmәzdi, amma әmin idi ki,
beyninin dәrinliklәrindә, qanında bu ölkәni, atasının hәmtayfalarını
qeyd-şәrtsiz anlama instinkti hәrәkәtsiz halda gizlәnib. Oğlan
bütün bunları – öz mәnşәyinin bütün faciәvi, qırılmaz qatqısını
duyurdu. Özündә vәhşi başlanğıcın, ruhi başlanğıcın qorxunc
qatışığını hiss elәyirdi. İnsan ayağı dәymәmiş qәdim meşәlәr,
onu gözlәnilmәz şeytani dairәyә salan vәhşi fiqurlar qarşısındakı
adıbilinmәz qorxuya, sanki ibtidai zamanların çıxılmaz meşә
dәhşәtindә batmaqla bağlı hissә bәlәd idi. Özündә axta donuz
istәklәrinin astagәl acgözlüyünü, eyni zamanda da ruhun qәribә,
qüdrәtli musiqisini daşıyırdı.

Qarınqulu heyvan onu nifrәtә, iyrәncliyә – sönmәyәn yanğının
çulğadığı, hәmişә ac, qaban sifәtli vәhşi, korun-korun yanan
doyumsuz şәhvәtini yoxlamaq üçün bütün maneәlәri dağıdan
lәng әl – öyrәtmişdi. O, hәmin nәhәng vәhşi heyvana öldürücü
nifrәt bәslәyirdi, çünki hәmin mәxluqu öz içindә hiss elәyir,
tanıyırdı, özü dә onun ipә-sapa yatmayan qәrәzli, gәrәksiz
istәklәrinin qurbanı idi. Bunun günahı ucsuz-bucaqsız çaylarda,
şişdә onun üçün bütövlükdә qızardılan öküzdә, әtrafındakı divar
kimi qalın meşәnin zülmәtindә barbarsayağı bağıran nәhәng
heyvanaoxşar varlıqlarda, yorulmadan, doymadan hәr şeyi udan
acgöz bәtnin, nәhәng qarnın qaba sövdәlәşmәsindә, hiddәtlә
dayanmış sarışın qadınların ölçülәrә uyğun gәlmәyәn cismindә
idi – bütün bunlar oğlanın qanında bir-birinә qarışmış, onun
ruhuna, hәyatına daxil olmuşdu.

Bu, ona özündә olan bütün mәhrәm, qәribә, gözәl şeylәrlә
birgә müәyyәn şәkildә tutqun zamansızlıqdan, qocaman meşәnin
dәhşәtindәn miras qalmışdı. Budur, xırıltılıtәhәr buynuz sәslәri
gәlib çatır, güclә eşidilir, elә bil pәrilәr meşәnin arxasından
sәslәyirlәr: onların çağırışları qәdim german ruhu ifratçılığının
qatı qarma-qarışıqlığında qәribә dolaşıqlıq arasından eşidilir.
Millәtin sәrt, hәllolunmaz, kәdәrli sirridi: nәhәng çatışmazlıqlar
vәhşi heyvan cәmdәyindәn dağ zirvәlәrinә, işıqlı tәmizliyә
pәrvazlanmış dәyanәtli ruhun gücü, qüvvәsidi. Burada da artıq
böyük musiqinin keçilmәz sehri, poeziyanın nәcibliyi insandakı
kortәbii, qaba heyvani şәhvaniliklә әzablı şәkildә çulğaşıb.

302
   297   298   299   300   301   302   303   304   305   306   307