Page 309 - tomas
P. 309
Parkda

O, elә bil balaca qız olduğum vaxtlardakı kimi tәzәdәn cavan-
laşdı. Bәzәn qapısını döyürәm, kabinetinә girmәyә icazә istәyirәm,
atamsa oradan qәribә aktyor sәsiylә deyir: “Boş qapıdan bu
kasıb tavanın altına gir”.

Onun gözlәri parıldayırdı, başını geri atıb xoşbәxt, coşqun
qәhqәhә çәkirdi.

Deyәsәn, bu, ölümündәn bir il әvvәl baş vermişdi. Tәxminәn
on sәkkiz yaşım vardı. Hәm dә gözәl idim axı – lap şaftalı kimiy-
dim…

Hәmin vaxtlarda onu tamaşadan sonra qarşılayırdım, nahar
elәmәk üçün harasa gedirdik. O vaxtlar Nyu Yorkda imkan
әlaydı. Gedilmәli o qәdәr gözәl yerlәr vardı. Bilmirәm, bilmirәm,
nә sәs-küylәri hiss olunurdu, nә basırığı. Hәrdәn adama elә gәlir,
doğrudan da, başqa alәmdi. İstәyirsәn, Uaytın, yaxud Martinin,
Delmonikonun yanına get – gözәl yerlәrin sayı-hesabı yoxdu.
Hәlә bir yer dә vardı: “Mokun yanında” adlanırdı, orada
olmamışdım, amma az qala, uşaqlıqdan tanıdığım ilk yer idi.
Yadımdadı – atam gecәdәn xeyli keçmiş evә qayıdıb deyirdi ki,
Mokun yanındaydım. O gәlir, mәn dә otağımda qızdırıcının
fışıltısına qulaq asır, onun, başqa aktyorların anamla danışıqlarını
eşidirәm. “Hә, demәli, sәn Mokun yanındaydın?” – mәnә elә
gәlirdi ki, anam soruşur. “Hә, Mokun yanındaydım!” – atam
deyirdi. “Bәs Mokun yanında nә yeyirdin axı?” – anam soruşurdu.
“A-a, istirdiyyә yedim, bir stәkan da pivә içdim, bir dә Mokun
yanında “Mokko” şokoladı yedim” – atam deyirdi.

Az qala, hәr axşam tamaşadan sonra Uaytın yanına gedirdik,
bizimlә dә iki keşiş – atamın dostları – Dolan Atayla Kris O’Rok
Ata gedirdilәr. Dolan Ata ucaboy idi, gözlәri dә o qәdәr maviydi
ki, hәyatımda heç kәsdә o cür mavi gözlәr görmәmişdim. Kris
O’Rok Atanınsa balaca boyu, tәrli qaraşın sifәti vardı, üzü tamam
qara çillәrlә doluydu, o qәdәr qәribә siması vardı ki, sözün düzü,
bu cür qәribә sifәtlәrә heç rast gәlmәmişdim, amma müәyyәn
qәdәr mәnalı, doğmaydı. Dolan Ata qәribә, çox nәcib, xeyirxah,
şәn, hәm dә çox ağıllı, sәmimi, namuslu adam idi. Teatrı sevir,
xeyli aktyor tanıyırdı, çoxları kilsәyә onun yanına gedirdilәr,

309
   304   305   306   307   308   309   310   311   312   313   314