Page 314 - tomas
P. 314
as Vulf
– Qızıl kimi sözlәrdi, – atam dedi vә yenә sürücünün qәdәhini
doldurdu.
– Aydın ağıla, möhkәm әllәrә malik olmaq lazımdı.
– Düz deyirsәn, oğlum, – atam dillәndi. – Bax indi sәn
möhkәm olacaqsan. Lap daş kimi olacaqsan.
Mister Geytslә Dolan Ata elә qәhqәhә çәkib gülürdülәr ki,
hәtta göz yaşları axırdı. Oh, onda yaman şәn idik, hamı da
günahsız idi.
***
Sonra hamımız çıxıb getmәyә hazırlaşdıq, mәn bәrk narahat
olmuşdum: yazıq oğlan ayaq üstdә güclә dayanırdı, başına nә
gәlәcәyini bilmirdim. Atam elә şәn, elә coşqulu idi, elә qızışmışdı
ki, gözlәrindә şeytanlar oynaşırdı, başını geri atıb qәhqәhә çәkir,
sәsi bütün restoranda eşidilirdi.
Kris O’Rok Ata sәhәr kilsәdә olmalıydı deyә çıxıb getdi,
Dolan Atasa bizimlә qaldı. Hamımız bayıra çıxdıq, atam mister
Dolanla cavan oğlanı sürütlәyib apardı, arxamızca da bütün
restorandakılar çıxdılar. Mister Geyts mәnә dedi ki, irәlidә,
sürücünün yanında oturum. İlahi, özümü elә dartırdım ki! Atamla
mister Geyts isә arxada oturdular, doğrusu, ora necә yerlәşdiklәrini
bilmirәm – maşın hәddәn artıq balacaydı – mәncә, atam Dolan
Atanın dizinin üstündә oturmuşdu. Hә dә, yadımdadı.
Yola düzәlәndә hamımız “ura!” qışqırırdıq. Aktyorlar bizi
qapının o tәrәfindәn yola salıb arxamızca baxırdılar, biz bәnövşәyi,
mәxmәri qaranlığa doğru hәrәkәt elәyәndә geri nәzәr salıb onların
tәbәssümlәrini, süni sifәtlәrini, şәn maskalarını, qüssәli, yorğun
gözlәrini gördüm. Onlar atama cürbәcür gülmәli, mәnasız şeylәr
qışqırır, vәziyyәtini soruşurdular, De Volf Hopper dә buradaydı:
hәm qaçır, hәm atı tәsvir elәyir, hәm kişnәyir, hәm dә fәnәr
dirәyinә dırmanmağa çalışırdı. Ah, necә coşqunluq vardı!
Sonra mister Geyts soruşdu:
– Hara gedirik, Co?
314