Page 313 - tomas
P. 313
Parkda

adam idi. Kris O’Rok Ata da gülürdü, amma mәnә elә gәlir,
keşişin o qәdәr dә xoşuna gәlmirdi.

– Yәni, – mister Geyts dillәndi, – mәn onunla necә davranmaq
lazım gәldiyini bilmirәm. – Ekipaj mәndәn hündürdü, alçaqdı,
ümumiyyәtlә, nәdi?

– Mәncә, – atam dillәndi, – “hündür” demәk azdı, sәn, az
qala, onun altında qalırsan. Bir dә ki, ekipajda gәzmәyi niyә bu
qәdәr sevirsәn, Dovşan? Sәn balaca xizәk sürmәlisәn axı!

Atam çox gözәl idi, hamı onu sevirdi. Mister Geyts o
sürücünün üzündәn hәdsiz әziyyәt çәkirdi. Bilmirdi ki, onu ev
adamlarıyla eyni masanın arxasında oturtsun, ya yox, onunla ailә
üzvü kimi davransın, ya yox. Mister Geyts çox incә adam idi,
yekәpәr, şişman, amma çox nәzakәtli, çox nәcib mәxluqdu.

– Hә-ә, Dovşan, bu, sosial nәzakәtin mürәkkәb mәsәlәsidi, –
atam dillәndi. – Bura bax, gәl onu nahara dәvәt elәyәk. Hәm dә
baxaq görәk nә adamdı.

Hә, mister Geyts sürücünün dalınca çıxıb çox tezliklә gәtirdi.
O ümumiyyәtlә, bığlı, әynindә idman pencәyi, başında kepkası
olan çox sevimli gәnc idi, hamı gözlәrini oğlana dikib bir-birini
dirsәyi ilә itәlәyir, o da yaman utanırdı. Amma atam adamlarla
davranmağı çox gözәl bacarırdı, dәrhal oğlanı naqolay vәziyyәtdәn
çıxardı:

– Otur, cavan oğlan. Maşında gәzmәk istәyirsәnsә, әvvәlcә
sürücünü yedirt.

O oturdu, sonra әla şam yemәyi gәldi. Restoranda yağda
qızardılmış dadlı mal әti dә, qalın bifştekslәr dә verirdilәr,
istirdiyyәlәr dә, xәrçәnglәr dә çox lәzzәtliydi.

Әlbәttә, mövsüm deyildi, amma biz istirdiyyә ilә şampan
şәrabından başladıq. Mәncә, cavan oğlan çox içәn deyildi. Atam
elә hey onun qәdәhini doldururdu, oğlan da әmәlli-başlı keflәndi.
Yaman gülmәliydi, hamı öz mәsuliyyәti barәdә dönә-dönә
danışırdı.

– Çox böyük mәsuliyyәtdi, axı sәndәn bu qәdәr hәyat asılıdı, –
oğlan dillәndi. Atamsa onun qәdәhini yenә doldurdu. – Hәlledici
dәqiqәlәrdә bir anlıq tәrәddüd elәdin – hәr şey mәhv oldu.

313
   308   309   310   311   312   313   314   315   316   317   318