Page 311 - tomas
P. 311
Parkda

– Eşitmişәm, eşitmişәm, amma israfçılığın günah olduğu
barәdә dә eşitmişәm, – Kris O’Rok Ata deyirdi. – Dolan Ata,
böyük xristian müqәddәslәrini bura qatdığınız üçün utanın. Hәlә
elә bir müqәddәs olmayıb ki, İlahinin nemәtlәrinә xor baxan
adamı tәriflәsin. Fikirlәşirsiniz ki, indi bütün dünyada kasıbların
yemәyә әli çatmadığı bir vaxtda oturub burada bu qәdәr yemәyin
xarab olmasına baxmalıyam?

– Bәsdi görәk, – Dolan Ata deyirdi. – Müqәddәs Foma
Akvinalıdan Spinozayacan xristian mütәfәkkirlәrinin dә, lәnәtә
gәlmiş kafirlәrin dә nә qәdәr sübutlarını oxumuşam, özüm dә
cavanlıq illәrindә mübahisәdә kimә desәn, qalib gәlәrdim, amma
hәlә ömrümdә belә bir şey eşitmәmişәm! Bir dә ki, sizә görә,
Aristotelin Vordsvortun “Divanә oğlan”ından fәrqi yoxdu. Әgәr
siz acgözlük elәmәklә bütün dünyadakı kasıbları doydurduğunuzu
mәnә sübut elәsәniz, Papanın özünә Darvinin yezuit olduğunu
aydınlaşdıra bilәrsiniz, o da, Allah haqqı, sizә inanar!

Demәli, biz restorana gәlәndә Kris O’Rok Ata әvvәlcә saatını
masanın üstünә qoyur, atamsa bir neçә şüşә şampan şәrabı sifariş
elәyirdi. Orada bilirdilәr ki, gәlәcәyik, ona görә dә şәrabları iri
gümüşü vedrәlәrdәki buzun içindә saxlayırdılar. Sonrasa atam
menyunu – iri bir xәritәydi, başdan-ayağa ağlagәlmәz dadlı
yeyәcәklәrin adlarıyla doldurulmuşdu – götürür, qaşlarını çatır,
üzünә mәnalı ifadә verir, öskürür, Dolan Ataya deyirdi:

– Hә-ә, sizin ruhani zövqünüzü nәylә tәmin elәyәk, ağam?
Hәmin axşam tamaşadan sonra Uaytın yanına getdik, hәr iki
müqәddәs ata bizi artıq orada gözlәyirdi. Bir az sonra mister
Geyts – hәlә sağdı, bu günlәrdә küçәdә gördüm, tamam qocalıb –
gәldi. O, elә gözәlçәylә evliydi, belәsini heç görmәmişdin. Qadın
avtomobil qәzasında diri-diri yandı. Hәm dә düz kişinin gözlәri
qarşısında. Dәhşәtә bax, bundan qorxunc bir şey ağlına gәtirә
bilmәzsәn, elә deyil? Belә, mister Geytsin dә içәri girmәsindәn
dәrhal aydın idi ki, nәdәnsә hәddәn artıq narahatdı. O da iribәdәnli,
şişman idi, içәri girәndә qoca yanaqları әmәlli-başlı titrәyirdi.
– İlahi! – atam dillәndi. – Dovşan bütün yelkәnlәrini qaldırıb
irәli şığıyır.

311
   306   307   308   309   310   311   312   313   314   315   316