Page 315 - tomas
P. 315
Parkda
Atam dillәndi:
– Dünyanın o başına, özü dә dayanıb-elәmәdәn!
Ardınca atam sükan arxasında oturmuş cavan oğlana dedi:
– Maşının saatda neçә millә gedә bilәr, oğlum?
Cavan oğlan da dillәndi:
– Rahatca iyirmi millә gedir.
– Enişdә? – atam elә-belә, onu cırnatmaq üçün dedi.
İlahi, necә vәcdә gәlmişdim! Mәnә elә gәlirdi, uçuruq. Yәqin,
oğlan maşını saatda iyirmi mil sürәtlә sürürdü, amma bu, o vaxt
indikinin yüz mili kimiydi. Biz atlı polisi dә ötdük, at ürküb, az
qala, kәnara sıçrayacaqdı. Polis yaman qәzәblәndi. Arxamızca
dördnala çapa-çapa bağırdı ki, dayanaq. Atamsa, ağlını itirmiş
kimi, ancaq qәhqәhә çәkib gülür, qışqırırdı:
– İrәli, irәli, oğlum! Dünyada heç bir at sәnә çatmamalıdı!
***
Amma cavan oğlan qorxub әylәci basdı. Polis nәfәri çapa-
çapa çatıb dedi ki, bәs bu, nә biabırçılıqdı, özümüzü harada hiss
elәyirik. Günün bu vaxtında “bu şeylә” asayişi pozduğumuza
görә, az qala, hamımızı hәbsә atmaq istәyirdi. O, elә hey maşını
“bu şey” adlandırır, hәm dә o sözü nifrәtamiz tәrzdә deyirdi.
Polisә çox acıqlandım, mәnә elә gәlirdi, maşın gözәldi, dәbdәbәli
tünd-qırmızı rәnglә boyanmışdı, onu, az qala, yemәk istәyirdim,
polis nәfәrinin maşın barәdә bu tәrzdә danışığından heç xoşum
gәlmәdi.
Özüm dә bilmirәm niyә acıqlandım, amma, mәncә, ona görә
acığım tutdu ki, maşın, ümumiyyәtlә, mәnә şey kimi, zad kimi
görünmürdü. Düzü, bilmirәm, sәnә necә izah elәyim, maşın, az
qala, әvvәllәr tanımadığımız qәribә canlı varlıq idi, qәfildәn dә
hәyatımıza yeni sevinc, gözәllik, hәrarәt әlavә elәmişdi. Bәli,
mәncә, ilk maşınlar elә belәydilәr. Elә bil biri o birindәn fәrqlәnirdi,
elә bil hәr birinin öz xüsusi adı, öz xüsusi hәyatı, xasiyyәti vardı.
İndi onların kobud, hәm gülmәli, hәm köhnәdәbli görünәcәklәrini
315