Page 320 - tomas
P. 320
as Vulf

bütün quşlar cәh-cәh vurmağa başladı. Budur, quş cәh-cәhi dan
yerinә soxuldu, qәfildәn bu cәh-cәhin hәr sәsini ayırd elәdim.
Bu, hәmişә eşitdiyim nәğmәyә, hәmişә bildiyim, amma heç vaxt
barәsindә danışmadığım nәğmәyә oxşayırdı. İndisә hәr sәsin
aydın, parlaq, qızılı rәngә çalan musiqisini ayırd elәyirdim. Hәr
sәsin musiqisi dә bax belәydi, әvvәlcә o sәs üzәrimdә güllә
qatarı kimi, sonrasa sürәtli, cingiltili şappıltıyla sәpәlәnirdi. İndi
budur, sәslәr zәrif, yumşaq qızıl damcılarına, gözqamaşdırıcı qı-
zıl külçәlәrinә çevrildilәr, ardınca da cikkildәyә-cikkildәyә, civil-
dәyә-civildәyә, xışıldaya-xışıldaya, şırıldaya-şırıldaya lәzzәtli,
bal kimi şirin quş cikkiltisiylә axdı. Başdan-ayağacan günәş
altında uda çevrilmiş quş ağacda cәh-cәh vurdu, cingilti, cikkilti,
şaqqıltı da, sarsaq, napnazik cırıltı da – hamısı bir-birinә qarışıb
axdı – udlu bala, liralı әtirә, tüklü, yumşaq hәrarәtә çevrildi.
Sonra tәlәm-tәlәsik cingilti eşitdim – әtcәbalaların cik-ciki,
onların rahat pi-pi-pisi daha yavaşdı, digәrlәrisә havanı cingiltili,
aydın cığırlarla döyәclәyir, kәskin qarıltıyla dağıdır, iti, uzaq
çığırtılarıyla doğrayırdılar – quşların hamısı bax belә qışqırırdılar.
Parkın kolluqlarında oyanan bütün quşlar. Bizim başımız üzәrindәki
әnginlikdәsә gözәgörünmәz qanadların xışıltısı, artıq tamam
işıqlaşmış parkda namәlum quşların qәribә itkin fәryadı üzürdü,
hәr şey lәzzәtli tәrzdә bir-birinә qarışırdı. “Mәnә şirindi: sәhәrin
ilk nәfәsi dә, ilk işıq da, әtcәbalaların erkәn cingiltisi dә…”1
Bәli, hәqiqәtәn, belәydi, günәş dә çıxdı, bu, yaradılışın ilk günün-
dә olduğu kimiydi. Bu da onun ölümündәn bir il qabaq baş ver-
mişdi. Deyәsәn, onda Bellanın yanındaydıq, bilmirәm, bәlkә dә,
köhnә mehmanxanada yaşayırdıq, bәlkә dә, artıq Keyt xalanın
yanına köçmüşdük – çox tez-tez köçürdük, haralarda yaşamamışdıq.
Bütün bunlar da elә uzaq görünür ki, bu barәdә düşünmәyә
başlayan kimi başımda hәr şey bir-birinә qarışır, heç nә xatırlaya
bilmirәm.

1Con Milton, “İtirilmiş cәnnәt”, IV kitab

320
   315   316   317   318   319   320   321   322   323   324   325