Page 310 - tomas
P. 310
as Vulf

üstәlik, atamı da sevirdi. Dolan Ata çox savadlıydı, az qala,
bütün Şekspiri әzbәr bilirdi, hәmişә atamla bir-birinә sitatlar
yağdırırdılar – kim kimi üstәlәyәr. Deyәsәn, atam onu yalnız
bircә dәfә – “Kral Lir”dәn bir misrada tutdu: “Zülmәt knyazı –
әbәs yerә knyaz deyil”. Dolan ata deyirdi, bu, “On ikinci
gecә”dәndi.1

Hәr ikisi dә yeyib-içmәyi sevirdi! Hansı birisә sәhәri kilsәyә
getmәliydisә, tәlәsmәli olurduq, çünki әgәr sәhәri kilsәdәki
mәrasimdә olacaqsansa, gecәyarısından sonra nә yemәli, nә
içmәlisәn. Ona görә ikisi dә yemәkdәn әvvәl saatlarını masanın
üstünә qoyurdular. Kris O’Rok Ata istisnasız olaraq pivә içirdi, o
әylәşәn kimi, bәzәn ofisiant dәrhal stәkan gәtirir, keşiş dә pivәlәri
başına çәkirdi. Amma әgәr qabaqlarında bir stәkan pivә vardısa,
saat gecәyarısını vururdusa, onlar stәkana toxunmurdular. Doyunca
yeyib-içiblәr, ya yox, dәxli yoxdu, gecәyarı olan kimi ikisi dә
çıxıb gedirdi. Kris O’Rok Ata bәzәn, az qala, düz bir saat yeyirdi,
elә bil kimsә onu qovurdu. O, yaxını hәddәn artıq pis görür, qalın
şüşәli eynәk taxırdı, arabir dә saatını qapıb düz burnunun ucuna
yaxınlaşdırır, gözlәrini saata dikir, diqqәtlә baxırdı. Saat on
ikiyәcәn yemәyini bitirmәyә tәlәsirdi, fikirlәşirdi ki, hamı
tәlәsmәlidi, hәddәn artıq narahat olurdu ki, birdәn kimsә ac
qalar, elә hey hamını itәlәyir, dartırdı. Dolan Ataya gәlәndәsә, o
da yemәyi sevirdi, amma danışmağı da sevirdi. Bәzәn ağzı atamla
söhbәtә qızışır, yemәyi tamam unudurdu. Kris O’Rok Ata onda
dәli olurdu, Dolan Atanı itәlәyir, sifәtinә vәhşi görkәm verir,
saatı göstәrir, ona sarı әyilir, hiddәtlә fısıldayırdı:

– Siz axı çatdırmayacaqsınız! On ikiyә az qalıb!
– Nә olsun ki! – Dolan Ata deyirdi. – Hә, çatdırmayacağam! –
O özü iribәdәnliydi, sәsisә gülmәli, oynaq, gümrah, istehzayla
doluydu, elә bil hәddәn artıq uzaqdan gәlirdi. – Mәn hәlә insanın
öz qarnını bu qәdәr düşündüyünü görmәmişәm! Mәgәr böyük
xristian müqәddәslәri vaxtlarını düşüncәlәrdә, ibadәtdә, nәfslәrini
öldürmәkdә yox, acgözlükdә, әyyaşlıqda keçirirdilәr? Yәni heç
qarınqululuğun günahı barәdә eşitmәmisiniz?

1Söhbәt U.Şekspirin pyeslәrindәn gedir (tәrc.)

310
   305   306   307   308   309   310   311   312   313   314   315