Page 312 - tomas
P. 312
as Vulf
Mister Geyts zalın o başından bu başına atama müraciәt
elәdi, adamlar heyrәtlә ona baxdılar.
– Co! Co! – sәsi yaman xırıltılıydı, içki çox pis hala salmışdı,
mәncә, möhkәm içmişdi. – Co, tәsәvvür elәyirsәn, neylәdim?
Atsız ekipaj aldım! Gedәk gәzәk!
– Dayan, dayan, dayan görәk! – atam dillәnib әllәrini
aktyorsayağı ovuşdurdu. – Tәlәsmә, Dovşan. Otur ye, hәr şeyi
dә ardıcıllıqla söylә. Bu cәsarәtli addımı nә vaxt atdın?
– Bu gün, – Mister Geyts qәribә xırıltılı sәslә pıçıldadı. –
Necә fikirlәşirsәn, düz elәdim?
Mister Geyts qocafәndi gözlәrini üzәrimizdә gәzdirdi, o gözlәr,
az qala, hәdәqәsindәn çıxmışdı, üzündә isә әmәlli-başlı qorxmuş
ifadә var! Oh! Yaman gülüşdük! Dolan ata qәhqәhә çәkib gülәndә
elә öskürürdü ki, atam onun kürәyini yumruqlamalı oldu!
***
Mister Geyts hәddәn artıq xoşagәlәn adam idi. O, irigövdәli,
kök, amma çox yaraşıqlıydı. Çox incәydi, ağzı da hәmişә әsir,
dartınırdı. Mәncә, ona elә buna görә dә “Dovşan” deyirdilәr.
Sonra atam dillәndi:
– Otur, yemәk ye. Sonrasına baxarıq.
Mister Geyts dedi:
– Bura bax, Co, mәni orada mexanik gözlәyir, hәm dә
bilmirәm, onu neylәyim.
– Neylәmisәn axı, kirayәlәmisәn? – atam soruşdu.
– Hә dә, – mister Geyts dillәndi. – Müdhiş şeydi. Mәn onu
neylәyәcәyimi qәti bilmirәm. Yәni o, cәmiyyәtdә hansı yeri tu-
tur?
– Yuyulur? – atam soruşdu.
– Әlbәttә, – mister Geyts cavab verib Dolan Ataya baxdı. –
Mәncә, bundan ötrü müqәddәs sudan istifadә elәyir.
– Ah, mister Geyts! – mәn dedim. – Bu nә dәhşәtdi! Üstәlik
dә, Dolan Atanın yanında!
Amma Dolan Ata ancaq qәhqәhә çәkib güldü, başqa bir şey
dә gözlәmirdim, o da irigövdәli, şişman, hәddәn artıq sevimli
312