Page 308 - tomas
P. 308
as Vulf

PARKDA

Hәmin il, deyәsәn, Bellayla yaşayırdıq. Bununla belә, mәn,
biz, yәqin, Keyt xalayla yaşayırdıq – yoxsa yox, bәlkә, hәlә
Bellayla yaşayırdıq. Bilmirәm, tez-tez köçürdük, bir dә bu, lap
çoxdan olub. Artıq beynimdә hәr şey bir-birinә qarışıb. Atam
sәhnәdә oynayanda elә hey qaçırdı, bir yerdә qәrar tuta bilmirdi:
bәzәn Nyu Yorkda oynayır, bәzәn dә Mister Mansfeldlә qastrollara
gedir, onda da aylarla yoxa çıxardı.

Bir sözlә, hәmin axşam tamaşadan sonra küçәyә çıxıb
Brodveyә burulduq. İkimiz dә özümüzü elә yaxşı hiss elәyirdik,
elә şәndik ki, az qala, sevincimizdәn çapırdıq. Yazın, demәk olar,
ilk gözәl günüydü, hava sәrin, zәrif, bir azca da ilıq idi, sәmasa
elә bil bәnövşәyi mәxmәrdәndi, iri ulduzlar bәrq vururdu. Teatrın
yanındakı küçәlәrdә tәkatlı faytonlar, şәxsi karetlәr, dördnәfәrlik
üstüaçıq karetlәr qaynaşırdı, arasıkәsilmәdәn teatra yaxınlaşır,
elә hey boşalıb-dolurdu.

Bütün kişilәr yaraşıqlı, bütün qadınlar çox gözәl idilәr. Hamı
bizim kimi şәn, hәyәcanlı görünürdü, sanki yazın gәlişiylә
torpağın altından tamamilә yeni alәm, tamamilә yeni adamlar
çıxmışdılar – bütün eybәcәr, zәhlәtökәn, iyrәnc, qaba şeylәr yox
olmuşdu – küçәlәr qığılcım saçır, hәyat qaynayırdı. Mәn bütün
bunları görür, bütün bunları öz içimә sığışdırmaq, o qәdәr çox
söz demәk istәyirdim ki... Amma deyә bilmәdim, çünki
söylәyәcәyim o sözlәr yox idi. Başqa bir söz dә deyә bilmirdim –
hәr şey sәfeh çıxırdı, qәfildәn atamın çiynindәn yapışıb qışqırdım:

– Aprelin bu günü İngiltәrәdә olasan!1
– Bәli! – o qışqırdı. – Hәm dә Parisdә, Neapolda, Romada,
Drezdendә! Hәm dә Budapeştdә! – atam qışqırdı, – aprelin bu
günü, şәfәq dәnizlәrin arxasından çaxan ildırım kimi körfәzә
gәlәndә!2

1Robert Brauninqin “Yazda İngiltәrәdә” şeirindәn sәrbәst ifadә edilmiş misra
2Redyard Kiplinqin “Mandaley” әsәrindәn

308
   303   304   305   306   307   308   309   310   311   312   313