Page 277 - tomas
P. 277
Şir səhərçağı

qabaq mәktub göndәrib; hәmin mәktubda indiki mәqamda vәd
elәdiyi nikahın mümkünsüzlüyünü bildirib, yazıb ki, “hәr iki
tәrәf üçün әn sәrfәli yol münasibәtlәri bitirmәkdi”.

Missis Devis isә bu addımı atmaq istәmәdiyini bildirdi.
– Mәn Villini çox sevmişәm, – göz yaşları içindә sәslәndi. –
Allah şahiddi ki, onu әn dәrin, әn saf mәhәbbәtlә sevirәm. Villi
dә mәni sevir, indi dә sevir. Bunu bilirәm. Buna tamamilә әminәm.
Kaş mәnә yazdığı mәktubları görәydiniz, burada onlarla mәktubu
var, – sonra masasının üstündәki çәhrayı lentlә bağlanmış mәktub
dәstini göstәrdi, – indiyәdәk heç bir aşiq bundan ehtiraslı, bundan
poetik mәktublar yazmayıb. Villi mәni öz sevgisiylә vәcdә gәtirirdi,
çox diqqәtli, mehriban, romantik idi, hәm dә әsl centlmendi!
Mәn ondan әl çәkә bilmәrәm! – missis Devis ehtirasla sözünü
bitirdi! – Hәr şeyi bağışlayaram, hәr şeyi unudaram, tәki yanıma
qayıtsın.
Artist qadın yüz min dollar mәnәvi zәrәrin ödәnilmәsi barәdә
iddia qaldırıb. Onun qanuni nümayәndәsi Hoggenhaymer,
Blauştayn, Qluts vә Levinin vәkillik kontorudur.
Mister Parsons dinә aid kitabların müәllifi kimi çox mәşhurdur.
“Kim kimdir?” sorğu kitabına görә, o, 19 aprel 1871-ci ildә
Lima şәhәrindә (Ohayo ştatı) müqәddәs Semuel Abner Parsons
vә indi dünyasını dәyişmiş Marta Elizabeta Buşmiller-Parsonsun
ailәsindә dünyaya gәlib. Tәhsilini De-Pau Universitetindә, son-
ralarsa Birlәşmiş İlahiyyat Seminariyasında alıb. 1897-ci ildә
ruhani rütbә alıb, sonrakı on il әrzindә әvvәlcә Fort-Ueyndә (İn-
diana), sonrasa Pottstaunda (Pensilvaniya) vә Elizabetdә (Nyu
Cersi) dәrs deyib. 1907-ci ildә özünü bütövlükdә әdәbi fәaliyyәtә
hәsr etmәk üçün vaiz kafedrasından uzaqlaşıb. Sürәtlә yazmaq
istedadına malik Mister Parsons lap başlanğıcdan mәhsuldar
yazıçı olub, bu sahәdә dә tez uğur qazanıb. O, dini mәzmunlu
iyirmidәn artıq kitab müәllifidir, hәm dә hәmin kitablardan
bәzilәri dәfәlәrlә tәkrar nәşr olunub, “Müqәddәs Torpaqla
piyada” adlı yol qeydlәri isә tәkcә ölkәmizdә yox, hәm dә
ölkәmizin hüdudlarından kәnarda böyük tirajla yayılıb. Onun
“Kim kimdir?” sorğu nәşrindә sadalanan kitabları: “İlahinin

277
   272   273   274   275   276   277   278   279   280   281   282