Page 262 - tomas
P. 262
as Vulf
düşünülmüşdü. Çox güman ki, düymәlәri, yaxalıqları bәrkitmәk
üçün sancaqları, taxma düymәlәri, yaxalıqları, bir dә, Ceymsin
dediyi kimi, “cındırxananı” saxlamaq üçün idi). Hәmin siyirmәlәrdәn
aşağıda qoz ağacından düzәldilmiş bir neçә iri mis dәstәkli
siyirmә vardı – o siyirmәlәrә Ceymsin corabları, köynәklәri, alt
paltarları, gecә köynәklәri yığılmışdı. Bu iri dolabın hündürlüyü,
әn azı, üç metr idi. Yanındasa qoz ağacından düzәldilmiş, oyma
ayaqları, elә dolabın plitәsi kimi qorxunc zolaqlı boz mәrmәrdәn
üstlüyü olan nәhәng yazı masası qoyulmuşdu.
Ceyms otaqdan keçib çarpayının yanındakı kresloya yaxınlaşdı,
xalatını atıb azacıq hıqqıldaya-hıqqıldaya, müvazinәtini saxlamaq
üçün xidmәtçinin çiyninә söykәnә-söykәnә tüklü qıçlarını nazik
flanel parçadan tikilmiş uzun tumana soxdu, tüklü sinәsindә
nazik flanel alt köynәyini düymәlәdi, nişastalı ağ köynәyini
geyindi, nişastalı manjetlәri taxma düymәlәrlә bәrkidib, xidmәtçinin
artıq hazır saxladığı şalvarını axtara-axtara әtrafa boylandı, amma
qәfildәn fikrini dәyişib dillәndi.
– Dayan görәk! O ötәn ildәn qalan boz kostyumum hardadı?
Deyәsәn, bu gün onu geyinәcәyәm.
Xidmәtçinin gözlәrindә qorxu peyda oldu, alçaq sәsindә
güclә sezilәn tәәccüb sәslәndi:
– O bozu, ser?
– Dedim axı, boz. Yoxsa boz deyil? – Ceyms sәrt halda
dillәndi, soyuq-mavi gözlәrindәki açıq-aşkar meydan oxuyan
ifadәylә xidmәtçiyә baxdı.
– Çox yaxşı, ser, – xidmәtçi cavab verdi.
Amma onların nәzәrlәri bir anlığa rastlaşdı, hәr ikisinin sifәti
ciddi olsa da, – Ceyms öz sifәtinә daha tutqun, daha istehzalı
olmaq imkanı vermişdi, – baxışlarda kәskin, yandırıcı parıltı,
sözsüz dә keçinәn şıltaq bir şey parıldadı.
Xidmәtçi ciddi, sakit halda iri qarderobun qapısını açıb, açıq-
boz rәngli zәrif, ikibortlu kostyumu çıxardı; bu kostyum, adәtәn,
tünd, ciddi rәnglәrdә olan Ceyms üçün açıq-aşkar mәzәli, şit
görünürdü. Xidmәtçi elә sakit halda da qayıtdı, pencәyi kәnara
qoydu, şalvarın belindәn tutub geymәk üçün ağasına uzatdı,
262