Page 248 - tomas
P. 248
as Vulf
dә әbәs yerә baş sındırmırdım. Yәqin, deyәcәksәn ki, taleyә
inanmaq mәnә pentlandlardan keçib.
Hә, Cimdәsә hәr şey tәrsinәydi. Müharibәyәcәn torağay kimi
qayğısız idi: tәkcә kef elәmәk barәdә düşünürdü. Sonra müharibә
başladı, o da başqa adama çevrildi.
Hәm dә bu, dәrhal baş vermәdi. Hәmin sәhәr biz evdәn
çıxanda Cim sadәcә xoşbәxt idi. Mәncә, o da hamımız kimi,
müharibәdә әylәnmәk istәyirdi. Hәrbi paltar geymәk, dünyaya
baxmaq, yankilәrә güllә atmaq, onları şimala qovmaq, sonrasa
evә qayıtmaq, qalanların qabağında qürrәlәnmәk, özümüzü
qәhrәman kimi göstәrmәk, qızlarla gәzmәk imkanımız yaranmışdı.
Zebulondan çıxanda gözümüzә hәr şey bu qәdәr bәsit
görünürdü. Qış barәdә düşünmәyi dә unutmuşduq. Palçıq, soyuq,
yağış barәdә fikirlәşmәyi dә yaddan çıxarmışdıq. Boş mәdәylә,
donmuş ayaqlarla, şinelsiz-filansız yol getmәyin, quru torpağın
üstündә uzanmağın, üstüaçıq yatmağın, quru yer tapanda
sevinmәyin, yorğunluqdan heç bir şey dәrk elәmәmәyin nә demәk
olduğunu bilmirdik. Bütün bunlar barәdә fikirlәşmir, eşitmirdik.
Çikamoqa çayı yaxınlığındakı sidr meşәsindә bizi nә gözlәdiyindәn
xәbәrimiz yox idi. Xәbәr tutsaydıq da, kimsә danışsaydı da,
mәncә, fikir vermәzdik. Hәddәn artıq tәcrübәsizdik. Biliyә
gәlәndәsә – danışmağa dәymәz! Burada bir şey pisdi – әvvәlcә
nә baş verә bilәcәyini öyrәnirsәn, yalnız sonra baş verәn hәqiqәtdәn
xәbәr tutursan. Kimsә dә sәni öyrәtmir. Bu sәviyyәyә sәn özün
çatmalısan!
Hә, mәn dә elә bunu deyirәm: hamımız elә hey döyüşürdük,
müharibәninsә sonu görünmürdü. Qoca Rozi arxamızca gәlirdi.
“İlahi, – Cim deyirdi, – nә vaxt qurtaracaq axı?”
Özüm dә bilmirdim. Düz iki il döyüşmüşdük, artıq çoxdan
hәr şeyә tüpürmüşdüm. Cim başqa mәsәlәydi. O, dua elәmәyә
ara vermir, ümid bәslәyirdi ki, tezliklә hәr şey sona çatacaq, evә
qayıdıb bәyәndiyi qızı alacaq. Başlanğıcda – bir il, ya da bir az
artıq – ona ürәk-dirәk verirdim. Cimә deyirdim ki, hәmişә belә
olmayacaq. Amma sonra demәyin mәnası qalmadı. Artıq inanmırdı.
Çünki Qoca Rozi hücum elәyirdi. Biz onu әzişdirir, müvәqqәti
dayandırırdıq, amma Rozi dincini alıb bizi yenә izlәyir, tәzәdәn
sıxışdırırdı. “İlahi! – Cim deyirdi – nә vaxt qurtaracaq axı?”
248