Page 245 - tomas
P. 245
Çikamoqa
Cimsә, deyirlәr, özündәn lap pis çıxdı – onun lәnәtlәri bir
mil uzaqda eşidilirdi. “Әşi, tüpürüm bura! – o qışqırır. – Burada
qalmaqdansa, gәbәrmәk daha yaxşıdı!”
Sonra, deyirlәr, Cimin zәiflikdәn dili tutulanacan dillәşdilәr.
İki gündәn sonra ona baş çәkmәk üçün gedәndә mәni oturmuş
halda qarşıladı, mәn dә soruşdum: “Qıçın necәdi? Babatdı?”
O isә dedi: “Tәәssüf ki, babatdı. Kaş bu lәnәtә gәlmiş qıçımı
kәsib burada basdıraydılar, tәki evә çıxıb gedә, bir daha qayıtma-
yaydım. Martayla birtәhәr yaşayardıq. Bu lәnәtә gәlmiş döyüşә
bir dә getmәkdәnsә, ömrünün axırınacan şikәst qalmaq yaxşıdı”.
Hә, onun evә qayıtmaq istәdiyini bilirdim. Cimә baxır,
anlayırdım ki, heç nә elәyә bilmәrәm. Adam bu cür söhbәt
elәmәyә başlayanda, çәtin ki, ona nәsә başa salmaq mümkün
olsun. Hә, aydın mәsәlәdi, hәftә yarımdan sonra Cimә ikiaylıq
mәzuniyyәt verdilәr, qoltuqağacıyla çıxıb getdi. Ondan xoşbәxt
adama rast gәlmәmişdim. “Mәni iki aylığa buraxıblar, – dedi, –
birtәhәr evә çatsam, Breqq ata mәni geri qaytarmaq üçün bütün
sarsaq ordusunu göndәrmәli olacaq”.
İki ay dincәldi. Sonra bilmirәm orada nә baş verdi: yarası
tamam sağalandan sonra özü utandımı, Marta dilә tutdumu –
ancaq iyulun axırında tutqun, qaşqabaqlı halda yenә bizimlәydi.
Cim mәnimlә bu barәdә danışmır, nә baş verdiyini söylәmirdi,
amma anladım: ordudan çıxıb gedәnәcәn, birdәfәlik evә qayıdanacan
rahat nәfәs almayacaq.
Hә, bu – Şayloydu, bu – әsl döyüş idi. Hәm dodaqlarımızdan
gülüş itdi, hәm dә başa düşdük ki, axıracan belә olacaq.
Sәnә üç döyüş barәdә danışdım; biri әylәncәli, o biri qeyri-
adiydi, üçüncüsüsә... Hәmin döyüşdә bizә müharibәnin, düşmәnlә
vuruşmağın nә demәk olduğunu başa saldılar. İndisә dördüncü
döyüş barәdә danışacağam.
Әmәlli-başlı tәlәyә dә düşdük, kifayәt qәdәr qan da axıdıldı,
amma girdiyimiz әn ağır döyüş Çikamoqa döyüşüydü. Әn qanlı
döyüş idi. Hәr şey olmuşdu, amma onacan da, ondan sonra da
Çikamoqa döyüşüylә müqayisә oluna bilәcәk döyüş görmәdim.
245