Page 238 - tomas
P. 238
as Vulf

Cim Viverdәn yaraşıqlısına hәyatımda rast gәlmәmişdim. Ucaboy,
qamış kimi qamәtli idi, saçları da, gözlәri dә kömür kimi
qapqaraydı: adama elә baxırdı, sanki tamam yandırıb-yaxacaqdı.
Onu da deyim ki, Marta Petonla rastlaşanacan Cimin baxışları
çox qızların qәlbini yandırıb-yaxmışdı. Hәmişә dә qızların әn
yaxşısını seçәrdi, – anadangәlmә könül ovçusuydu, mәn dә
әmindim ki, bu, uzun çәkmәyәcәk.

Yәqin, bu, baş versәydi, daha yaxşı olardı. Çünki Cim Viver
Marta Petonu ilk dәfә gördüyü günәcәn dünyanın әn qayğısız
cavanıydı. Heç nә vecinә deyildi, tәki әylәnәydi: hәmişә hәr
әmәlә, hәr sәfehliyә hazır idi. İndi isә tamam dәyişmişdi. Mәn dә
hәmişә fikirlәşirdim ki, ola bilsin, yersiz dәyişiklikdi: düzü,
bunun heç vaxtı deyildi… Әgәr belә şey bir neçә il sonra olsaydı!
Әgәr bu, müharibәdәn sonra baş versәydi! O, müharibәyә getmәyi
çox istәyirdi, fikirlәşirdi ki, kef olacaq. Amma indi... Cim qıza
bağlandı, qız da ona; biz şәhәri tәrk elәyәndә qızdan söz, hәm dә
içindә şәkli, azacıq saç kәsiyi olan medalyon aldı. Dәstәmiz yola
düzәlәndә – Cim mәnim yanımca gedirdi, – qız ona axırıncı dәfә
nәzәr saldı, o isә yenә dartındı, elә bil bәdәninә bıçaq soxmuşdular.

Hәmin vaxtdan oğlan tamam dәyişdi: sanki qorxulu yuxu
içindә yaşayırdı. Tәәccüblüdü, elә bil hәr şey baş-ayaq olmuşdu:
sadәcә bizim tanıdığımız adama uyğun gәlәn heç nә yox idi.
Tәәccüblüdü, müharibә vә balaca qarasaç qız insanı necә dәyişә
bilәrmiş. Mәn dә sәnә elә bu barәdә danışmaq istәyirәm.

***

Әn yaxın dәmiryol stansiyası Lokast-Hep Altamontdan sәksәn
mil uzaqdaydı. Yolla Ferfildә üz tutduq – çay boyu yuxarı,
Krestvillin yanından – Blü-Ricdәn aşıb vadiyә endik. Elә birinci
gün Old-Stokeydә gәlib, orada gecәlәdik. Dağlarla iyirmi dörd
mil ayaq döydük, o vaxt yollar indi olduğu kimi deyildi. Sәnә
onu da deyim, cәmi iki ay xidmәt elәmiş tәzә әsgәrlәr üçün bu,
heç dә pis deyil.

238
   233   234   235   236   237   238   239   240   241   242   243