Page 201 - tomas
P. 201
Ölüm – məğrur bacı
qısa fasilә götürüb. Taksilәr atış mәrmilәri kimi, aradabir boş
ötüb-keçirdilәr. Adamların ayaqqabılarının altı seyrәk, ehtiyatlı
sәs çıxarırdı. İşıqlar tәnha qatı şәfәqlәrdә sarı, qırmızı, yaşıltәhәr
yanırdılar vә bu da adamın ürәyini güclü sevinc, zәfәr duyğusuyla
doldurur, az qala, gecәyә, bahara, gәmilәrә uyğun gәlirdi. Küçәnin
yuxarısında, gecәnin barmaqşәkilli parlaq alovla nәhәng buxurdan
kimi tüstülәnәn bir neçә mәhәllәsindә onun abırsız sayrışması
sönmüşdü, hәlә dә solğun-bәyaz rәngdәydi, qızğınlığını itirmişdi.
Adamlar xәrәklә metrodan çıxanda yaşıl rәngli polis furqonu
küçәnin kәnarında gözlәyirdi, sәkidәsә bir neçә әzgin sifәtli
taksiçi dayanmışdı. Xәrәkçilәr öz yüklәriylә sәkidәn keçәndә
taksiçilәrdәn biri irәli çıxdı, yaltaqcasına ölünün qarşısında
furajkasını başından götürüb dedi:
– Taksi var, ser! Taksi!
Mәrhumun şlyapasını aparan polis qәhqәhә çәkib güldü,
taksiçiyә sarı dönәrәk, dәyәnәyini zarafatyana qolaylayıb dillәndi:
– Köpәk oğlu, әzişdirәrәm sәni!
Sonra gülmәyinә davam elәyә-elәyә, “Ay şeytan!” deyә-
deyә şlyapanı xәrәkçilәrin cәsәdi itәlәdiklәri furqona tulladı. On-
lardan biri qapını örtüb, digәrinin oturduğu kabinәyә yaxınlaşdı,
siqaret çıxarıb yandırdı, sürücünün yanında oturandan sonra dedi:
“Hәr şey qaydasındadı”. Furqon sürәtlә uzaqlaşdı. Onun ardınca
baxan polislәr bir qәdәr danışıb-güldülәr, astadan işlәrini,
әylәncәlәrini, gәlәcәk planlarını müzakirә elәdilәr, sonra vidalaşıb
dağılışdılar: ikisi küçәyuxarı – solğun-solğun közәrәn dan yerinә
doğru, üçüsә qaranlıq, sakit, adamsız, işıqların rәnginin gah
qırmızıya, gah sarıya, gah yaşıla dәyişdiyi digәr tәrәfә getdi.
Mәrhuma öz xidmәtini tәklif elәyәn zarafatcıl taksiçi, yoldaş-
larına sarı elә kәskin döndü ki, elә bil nәyәsә son qoyuldu. Sonra
gülmәli tәrzdә: “Hә, gәl görәk, oğlan! Gәl!” – deyә-deyә digәr
sürücüylә sәrt, sürәtli hәrәkәtlә bokslaşmağa başladı. Bir azdan
taksiçilәr әl-qollarını oynada-oynada, danışa-danışa, mübahisә
elәyә-elәyә, kәskin boğaz sәslәriylә gülә-gülә gözәl, sәssiz
maşınlarına doğru getdilәr.
201