Page 189 - tomas
P. 189
Ölüm – məğrur bacı
– Yaxşı, tamam, tamam, tamam! Dağılışın! Dağılışın! Keçin!
Keçin! Keçin! Keçidә mane olursunuz! Keçin! Keçin! Dağılışın!
Dağılışın!
Camaat da itaәtkarcasına ayaqlarını tappıldada-tappıldada
dalı-dalı geri çәkilir, sonrasa civә kürәciklәri kimi irigözlü,
hәyәcanlı, pıçıldaşan dairә yaradıb geri qayıdırdı.
Turniketlәrsә elә hәmin küt, boğuq ahәngdә şaqqıldayır,
adamlar qatarlara doğru axışırdılar. Tamaşaçıların dairәsini,
oturacaqdakı mәrhumu görәndә onların baxışlarında, duruşlarında,
hәrәkәtlәrindә ölüm mәnzәrәsinә insan münasibәtinin bütün
müxtәlifliklәri aşkar olurdu.
Bәzilәri ayaq saxlayır, ölüyә baxır, sakit, narahat halda
pıçıldaşmağa başlayırdı:
– Ona nә olub? Özünü pis hiss elәyir? Özündәn gedib?
Sәrxoşdu, nәdi?
Bir adam da mәrhumun üzünә diqqәtlә baxıb nifrәtamiz
tәrzdә әlini yellәdir, sәsindә narahatlıq, inamsızlıq duyulsa da,
incik halda qışqırırdı:
– Yaxşı görәk! Özündәn getmәk-zad nәdi? Keflidi! Başqa
cür ola da bilmәz! Aydındı da! Hә, doyunca vurub… Niyә durub
baxırlar, – kinayә elәyirdi. – Elә bil kefli görmәyiblәr. – Rәdd
olsun, әşi, – qışqırırdı. – Getdik. – sonra camaatı istehzalı gülüşlә
yaralaya-yaralaya yoldaşlarıyla çıxıb gedirdi.
Doğrudan da, ölünün görkәmi – oturacaqda oturuşu, alnına
sürüşmüş köhnә şlyapası, yöndәmsizcәsinә qatlanmış qıçı,
oturacağın qırağından sallanmış qolu, nazik, batıq, iyrәnc, elә bil
sәrxoş, istehzalı gülüş gizlәyәn irland ağzı – kefli donuqluğuna o
qәdәr oxşayırdı ki, çoxları onun ölü sifәtinә oxşayan boz simasını
görәndә müәyyәn etinasızlıqla sәslәnirdi:
– Hә! Sadәcә keflidi! Getdik, getdik! Baxmalı bir şey yoxdu! –
sonra qәlblәrinin dәrinliklәrindә adamın ölü olduğunu dәrk elәyib
tәlәsik yollarına davam elәyirdi.
Bәzilәri isә yaxınlaşır, ölünü görәndә incik halda silkinib
camaatı hiddәtli nәzәrlәrlә süzür, tәnәli, hirsli tәrzdә başlarını
yırğalayırdılar, elә bil camaat onların әdәblәrinә, әxlaqlarına yad
olan hansısa hәrәkәtlәrdә günahkar idi.
189