Page 187 - tomas
P. 187
Ölüm – məğrur bacı

ibarәt bәdbәxt varlıq, yaramaz yemәyi gövşәyәn, murdar horranı
udan adam! Sevinci, şöhrәti, әzәmәti sәnә bu torpaq tәklif
elәyirdi, sәnsә sürtülmüş sözlәri xırda daşlar kimi boğazında
şıqqıldada-şıqqıldada o sәkilәri cırmaqlayırdın. Hәm dә onları
qәbul elәmәdin, çünki sahibin qoxusu, keşişin sözü, Maykın,
Merinin, Mollinin, Patın mәnasız bәyәnmәlәri onları
müqәddәslәşdirmәdi. Bu gün dә ulduzlar bәrq vurur, iri gәmilәr
limanlarda fit çalır, milyonlarla sәnә oxşayan adamlar başın
üzәrindә tappıltı salırlar, sәnsә bomboz tuneldә ölmüş halda
oturmusan!

Ölü simaya dәhşәt, mәrhәmәt, ehtiram dolu hәyәcan içindә
baxırdıq, çünki bilirdik ki, elә eyni xәmirdәn yoğurulmuşuq.
İpә-sapa yatmayan şәhәrin ölü bәtnindә hәr birimizdәn nәsә –
uca, alçaq, yaramaz, fәdakar, nadir, murdar, gözәl nәsә var.
Bütün dirilәrin (hәm dә dünyanın çalarlarının, ağıl cәngavәrlәrinin,
dil vә ölmәz şeir hökmdarlarının) qismәti dә Yer üzünü udan,
ağlagәlmәz şәkildә kәllәnin dar hücrәlәrinә sığışaraq çürük
damarlarını silkәlәyib dağıdan ehtiras, ümid, yanğı iylәnmәyә
başlamış cismin kasıb görkәmindә hәkk olunub.

***

Ölmüş adam necә gәldi geyinmişdi. Hәmin bu köhnә paltoda
da onun hәyatının bütün biçimi özünü göstәrirdi – elә bil paltarı
öz görünüşü, öz nitqi, öz xüsusi diliydi. O paltar danışırdı ki,
bütün hәyatını kasıblıq, alababat rifah içindә keçirib. Әlbәttә, bu,
sәrgәrdanın, yaxud dilәnçinin dәqiqәbaşı ümidsizliyi ilә müqayisә
olunmayan, amma әsl tәminatdan, rahatlıqdan çox uzaq hәyatdı.
Onun paltarı deyirdi ki, hәmişә özüylә alәm arasına qoyduğu
cüzi ehtiyatları birdәfәyә mәhv elәyәcәk qәza tәhlükәsi –
xәstәliklәr, işsizlik, qocalığın tәhdidi – altında yaşayıb: hәmin
fәlakәtlәr qarşısında bir an da qorxusuz olmayıb, amma hәr dәfә
o fәlakәtlәrdәn yayınıb.

Onun әyninә kip oturan, bәdәninin şişman, sallaq, yayğın
cizgilәrini almış köhnә, boz kostyumu vardı. Balaca qarnı, azacıq

187
   182   183   184   185   186   187   188   189   190   191   192